Yevgeniy, zəbt yox, azad edir

19:24 30-09-2020 150

Növbəti erməni təxribatına qarşı Azərbaycan Ordusunun öz suveren, beynəlxalq hüquqla tanınmış ərazisində anti-terror əməliyyatları aparması dünya siyasi liderləri, politoloqları və ictimai qurumlar müxtəlif tərzdə şərh edir. Növbəti təxribat 27 sentyabar səhər saat 06-00 tarixində oldu. Münaqişəyə, daha doğrusu erməni təxribatına dövlətlərin əksəriyyətinin fikri 30 il ərzində necə olmuşdusa, indi də dəyişməz qalır: müharibə dayanmalı, atəşkəsə nail olmalı və münaqişəni sülh yolu ilə həll etməli. Əlbəttə, Türkiyə və Pakivstan istisna olmaqla.

Məlum hadisə Rusiya TV-lərindən də yan keçməyib. Belə ki, Rusiyanın tele-şou kanalında Artem Şeynin aparlığı "Vremya pokajet" (gündüz verilişində ) 2 azərbaycanlı (Fərhad Əliyev və Sədat Quliyev), 2 erməni, 1 ermənipərəst (Nikulin) və bitərəf ekspertlər çıxış edirdi. Hesab edirəm ki, azarbaycanlı siyasi şərhçilər 2 erməni və 1 ermənipərəstin cavabını layiqincə verdilər. Mirzoyan açıq şəkildə bəyan etdi ki, hazırki status-kvo Ermənistan üçün daha faydalıdır. O, Türkiyə prezidenti R.T. Ərdağanı münaqişənin qızışdırlımasında ittiham etdi. Rusiyanın Dağlıq Qarabağda olan müxbiri isə guya Azərbaycan tərəfinin Xankəndinin dinc əhalisinə qarşı əməliyyatını pislədi.  Ərdoğanın birmənalı, açıq tekstlə Azərbaycanı dəstəkləməsini və bundan xoflanan Paşinyanın vəziyyətini şərh edərək bütün günahları qardaş Türkiyə prezidentində gördü.

Azərbaycanlı politoloqların sözünü dəfələrlə kəsən Şeynin, erməni təəssübkeşliyini bu dəfə də gizlədə bilmədi. Məhz bu səbəbdən də iki azarbaycanlı şərhçinin heç biri imkan tapa bilmədi ki, desin: Azərbaycan öz torpaqlarını işğaldan azad edir. Bu torpaqlar Azərbaycanındır və bütün dünya bu mövzuda həmrəydir.

Həmin gün Rusiyanın digər kanalında Olqa Skabeyeva və Yevgeniy Popovun (ər -arvad) apardığı tele-şou verilişində (gündüz) aparıcılar ermənipərəst mövqelərini gizlətməyə çalışsalar da, fəqət Y.Popov erməni təəssübkeşliyini yenə də biruzə verdi. O, Rusiyanın "Sputnik" kanalının Bakıdakı müxbiri Gülzar Mustafayevadan soruşdu: "Azərbaycan Ordusunun torpaqları zəbt etməsinə Bakıda necə baxırlar?» Gülzar xanım özünəməxsus tərzdə-sakit və aydın nitqlə cavab veridi:"Yevgeniy, Azərbaycan Ordusu zəbt yox, öz torpaqlarını azad edir".

Aparıcılığı dövründə hamıya bir "qulp" bağlayan Popov heç bir söz tapmayıb süsdu.  Bu verilişdə Rusiyalı hərbi ekspert İ. Korotçenko Azərbaycanın apardığı mücadilinin haqq olduğunu deyərək, BMT-nin 4 qətnaməsinin təsirsiz olduğunu, status-kvo-nun Ermənistanın xeyrinə işlədiyini bildirdi. O, Azərbaycanın öz suverenliyini qorumaq üçün son variant olaraq ordudan istifadə etməsini normal saydı. Korotçenko həmçinin bildirdi ki, Ermənistanın KTMT-nin üzvü olmasına baxmayaraq, münaqişəyə görə Rusiya bu vəziyyətdə Ermənistana kömək edə bilməz. Çünki Dağlıq Qarabağ Ermənistanın yox, Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Beləliklə, Rusiyanın müşahidə etdiyim hər 2 kanalında aparılan araşdırmalar sübut edir ki: 1) Rusiyanın xarici siyasətində Azərbaycan -Ermənistan tarazlığını qorumaq cəhdi var; 2) Məhz həmin səbəbdən indi erməni politoloqları Rusiya tele-məkanında "at oynada bilmirlər".

 Bunun ən birinci səbəbi isə Azərbaycanın yürütdüyü döğrü siyasət, Ordumuzun əzmi və xaldqımızın ordumuzu dəstəkləməsidir.

Ordumuza yeni-yeni uğurlar arzulayıram. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru