Qarabağ Azərbaycandır

19:27 30-09-2020 95

"Vətən mənə oğul desə nə dərdim..."

 Mən dünya tarixi ilə az-çox tanışlığıma əsaslanaraq qeyd etmək istəyirəm ki, dünyada erməni adında bir millətin mövcudluğu barədə heç bir yerdə (ermənilərin özlərinin uydurduqları tarix istisnadır) heç bir məlumata rast gəlməmişəm. O ki qaldı qədim ərmənilərə onların müasir ermənilərə heç bir aidiyyəti yoxdur. Keçən yazılarımın birində bu mövzuya ətraflı toxunduğumdan təkrarlamaq istəmirəm və bu tayfanı hər zaman öz adı ilə haylar deyərək qeyd edirəm. Hayların əsas ideologiyası həyasızlıq üzərində qurulub. Bunlar həya-abır, namus-şərəf kimi nəsnələrdən çox uzaqdırlar və bu həyasızlıqdan qaynaqlanan ideologiyaları ilə məskunlaşdıqları ərazilərdə xalqlar arasında nifaq toxumu səpməklə, öz mövqelərin möhkəmləndirməyə çalışırlar. Burada isə əsas alət təxribatdır. Bu baxımdan rusların "parçala hökm sür" çarizm nəzəriyyəsi də onların karına gəlir. Məhz bu səbədən də, hayları hər zaman bir ələt kimi əllərində saxlayan ruslar onlara hərtərəfli havadarlıq edir. Rus çarizminin bilavasitə dəstəyi ilə qədim Azərbaycan torpaqlarında Ermənistan adlanan bir dövlətin yaranmasına nail olan haylar, elə o vaxtdan ətrafda yaşayan bütün xalqların baş bəlasına çevrildilər. Yox yerdən bir dövlət yaradan haylar, bir müddət sonra "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq kimi xam xəyala düşdülər və bütün güclərini bu siyasətin gerçəkləşdirməsinə yönəltdilər. Əsas hədəf isə türklər və qoynunda onlar üçün yurd yartmaq imkanı verən azəri türkləri oldu.

Rus -sovet rejiminin müsəlmanlara münasibətindən bəhrələnən haylar Azərbaycan ərazisində daha bir "mini dövlətin"-Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına nail oldular. Sovet rejiminin haylara xüsusi diqqət və qayğısı hamıya məlum məsələdir. Hətta Azərbaycanda belə, o dövrdə elə bir dövlət müəssisəsi və ya taşkilat tapmaq mümkün deyildi ki, orada rəhbər vəzifələrdə ermənilər təmsil olunmasınalar. Sovet rejiminin süqutunun yaxınlaşdığını  və planlarının yarımçıq qalacağını hiss edən haylar 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı torpaq iddiaları ilə çıxış etməyə başladılar. Azərbaycanın ciddi müqaviməti ilə üzləşən haylar bu dəfə də rusların havadarlığı ilə Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək Dağlıq Qarbağı və ətrafdakı 5 rayonu işğal etdilər və burada yeni bir hayestan-Arsax dövlətinin yaradıldığını elan etdilər. Ancaq haylar yadlarından çıxadılar ki, Azərbaycan heç zaman bu işğalla razılışmayacaq və günün birində öz torpaqlarını hayların murdar tapdağından azad etmək üçün ayağa qalxacaq.

Daim beynəlxalq qanunlara hörmət və sayğı ilə yanaşan Azərbaycan dövləti məsələnin sülh yolu ilə həlli üçün dünya birliynin təklif etdiyi təklifləri qəbul etdi. Lakin haylar öz həyasızlıqlarını bir daha bütün dünyaya nümayiş etdirərək, bu təkliflərin heç birini qəbul etmədi. Artıq 30 ildən çoxdur ki, Azərbaycan dövləti və xalaqı dünya birliyinin Azərbaycan -Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edəcəyni gözləyir. Lakin Azərbaycanın da etibar etdiyi, güvəndiyi beynəlxalq təşkilatların və dünya biliyinin məsələyə ikili standartlarla yanaşması səbəbindən münaqişə öz həllini tapmır. Haylar isə bu dəstəkdən yararlanaraq hər an cəbhə bölgəsində müxtəlif yollarla təxribatlar törədir. Son illər isə bu təxribatlar daha intensiv xarakter alıb.

Erməni silahla quvvələrinin sentyabar ayının 27-də ölkəmizin Tərtər rayonu istiqamətində genişmiqyaslı təxriba fəaliyyəti, Azərbaycan tərəfinin səbr kasasını daşırdı və güclü əks hücumla düşmənə ciddi zərbələr endirdi. Azərbaycan ordusunun belə cüclü müqaviməti ilə üzləşəcəklərini gözləməyən haylar, az bir zamanda bir çox mühüm döyüş mövqelərin itirdilər. Elə o andaca hay-həşir salaraq bütün dünyaya car çəkdilər ki, "qoymayın, Azərbaycan bizi qırıb qurtaracaq". 

Bütün bu qışqırıqların məqsədi yenə də beynəlxalq aləmdən dəstək almaqdır. Lakin görünəni odur ki, artıq bütün beynəlxalq təşkilatlar, eləcə də dünya dövlətləri də hayların iç üzünə bələd olublar və onlara dəstək vermək fikrində deyillər.

Burada bir maraqlı məqama da diqqət çəkmək istəyirəm ki, beynəlxalq təşkilatlar və dünya dövlətlərinin təmsilçilər yenə də öz şablon çıxışlarından kənara çıxa bilmirlər, və qəti şəkildə haylardan tələb etmirlər ki, işğal etdikləri əraziləri tərk etsinlər. Sadəcə olaraq 30 ildir ki təkrarladıqlar, "yaranmış vəfziyyətdən narahatlıq keçiririk" kimi fikirləri ilə vəzifələrini bitmiş hesab edirlər. Ancaq bu 30 ildə Azərbaycan dövlətinin və xalqının hansı hissilərlə yaşadıqlarını heç kim anlamaq istəmir. Haylar isə bütün informasiya şəbəkəsini işə salaraq bu münaqişəyə digər dövlətləri də cəlb etmək üçün dəridən qabıqdan çıxır.

Rusiya telekanalına müsahibəsində Prezident İlaham Əliyevin qətiyyətli və faktlar söykənən çıxışı qarşısında aciz qalan Paşinyanın, guya Azərbaycan tərəfində turk ordusu birləşmələrinin və müzdlu əsgərlərin vuruşduğunu iddi atməsi də, bu məqsəd xidmət edir.

Prezident İlham Əliyev isə açıq şəkildə bəyan etdi ki, "bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. ...Biz özümüzü müdafiə etməyə və təcəvüzkarı elə cəzalandırmağa qabilik ki o, bir daha bizə tərəf baxmağa cəsarət etməsin".

Yazının əvvəlində də qeyd etdim ki, hayların əsas silahı təxribat və dizinformasiyadır. Bu yolla onlar bir növ beynəlxal ictimaiyyəti çaşdıra bilirlər. Azərbaycan ordusunun güclü həmləsiylə üzləşən haylar, bu dəfə də sosial şəbəkələr üzərindən guya səfərbərliyə əsasən Azərbaycanda yaşayan azsaylı xalqların və etink qrupların nümayəndərənin cəlb edildiyi iddiası ilə çıxış etməyə başladılar. Çox təəssüflər olsun ki, bunu bilərkdən yaxud da, bilməyərəkdən paylaşanlarda oldu. Haylar bu məqsədlə həmin azsaylı xalqdarın nümayəndələr adından səhifələr açır, özlər yazır, özləri etiraz edir və bununla da ölkədə etinik zəmində qarşıdurma yaratmağa nail olmaq istəyirlər. Bu informasiyalarla tanışlıqdan sonra mütəmadi olaraq doğulub boya-başa çatdığım, etnik baxımdan ölkəmizin ən zəngin bölgələrindən olan Zaqatala-Balakən rayonları ilə əlaqə saxlayıram. Aldığım məlumatlar da bir daha təsdiq edir ki, bütün bunlar hayların təxribatından başqa bir şey deyil. Əksinə, ölkəmizin bütün bölgələrində olduğu kimi, Zaqatal-Balakən bölgəsini əhalisi də ordumuza tam dəstək verir. Etnik mənsubiyyətindən asılı olmayaraq gənclərimiz mütəşəkkil formada hərbi komisarlağa gələrək könüllü olaraq cəbhəyə göndərlimələrin xahaş və tələb edirlər.  Hətta iki gün əvvəl belə bir informasiya aldım ki, Zaqatal xəstəxanasın bütün həkimləri və digər işçiləri könüllü olaraq cəbhəyə getmək üçün müraciət ediblər. Belə bir vəziyyətdə haylar necə iddia edə bilərlər ki, ölkədə etniklərə qarşı hansısa bir formada təziyqlər var, yaxud cəbhə bölgəsinə ancaq etniklər göndərilir. Bu bölgərdən aldıqım məlumat görə, onların da bu təxribatdan xabərləri var və bunun hayların quraması olduğuna heç bir şubhələri yoxdur.

Və sonda bir məsələni də qeyd edim ki, bu gün Azərbaycan xalqı 30 ildən artıq gözlədiyi bir xəbərin sevincini yaşayar. Bu Qələbə sevincidir. Bu hər kəsin ürəyindən keçən, illərin qübarını qoparan yurd həsrətli Qələbə sevincidir. Azərbaycan xalqı belə bir günün gələcəyinə ümidini heç zaman itiməyib, tam əksinə onu böyük həsrətlə gözləyib. Hər kəs inanırdı ki, günün birində dövlət bişçımızın da, xalqımızın da səbr kasası dolub-daşacaq, hər kəs Ali Baş Komandanın bir əmri ilə Vətən torpaqlarını düşmən tapdağından azad etmək üçün ayağa qalxacaq.

Mənfur haylar isə öz havadarlarına güvənərək, əzəli Azərbaycan torpağı olan Qarabağda yeni bir hayestan dövləti quracaqlarını ümid edirdilər.

Belə bir deyim var:-Çaqqalların sevinci qurd ayağa qalxanacan olur. Qurd yerindən durduqda isə qaçıb gizlənməyə yer axtarırlar ki, sonradan müti görkəm alıb, qurdun ayaqlarını yalayıb imdad diləsinlər. Azərbaycan dövləti və xalqı hay çaqqallarına da 30 ildən çox vaxt verdi ki, öz səhvlərini anlasınlar. Lakin Azərbaycan xalqının hümanistliyindən süi-istifadə edən haylar bunu başa düşmədilər və ölkəmizin ərazisində müxtəlif yollarla təxribatlar törətməkdə davam etdilər.

Nəhayət, 27 sentyabr tarixində səbr kasamız daşdı, Azərbaycan ordusu hayların yeni təxribatına qarşı əks hücuma keçərək, elə ilk andaca düşmənin burnunu elə əzdi ki, havadarlarının belə, yuxusu ərşə çəkildi. Bir neçə gün davam edən döyüş əməliyyatları bir daha sübut etdi ki, rəşadətli Azərbaycan ordusu özünün Vətən qarşısındakı borcunu hər an yerinə yetirməyə hazırdır. Bu gün Azərbaycan ordusu elə bir gücə malikdir ki, heç bir kənar yardım olmadan belə, qısa zamanda torpaqlarımızı tam azad edə bilər.

Bütün bunlar öz yerində. Ancaq unutmaq olmaz ki, müharibə dövrünün də öz tələb və qanunları var. Bu tələblər ona görə tətbiq olunur ki, ordumuz cəbhədə öz vəzifəsini uğurla yerinə yetirə bilsin. Respublikamızın bəzi bölgələrində, eləcə də Bakı şəhərində və Abşeron rayonunda kamendant saatının tətbiqi, qismən səfərbərliyin elan olunması da bu tələblər sırasındadır. Azərbaycan xalqı və hər birimiz anlamalıyıq ki, bu tələblərin yerinə yetirilməsi də hər birimizin vətəndaşlıq borcudur. Odur ki, bu gərgin zamanda biri-birimizə və ordumuza, dövlətimizə dəstək olaq ki, Qələbəmizə daha tez çataq.

Qarabağ Azərbaycandır! Azərbaycanın da olacaq!     

 Yusif Seyid