Azərbaycan Ordusunun qələbəsi çox da uzaqda deyil

19:43 30-09-2020 80

Ermənilər torpaqlarmızdan mütləq birdəfəlik çıxarılmalıdır

 27 sentyabr 2020 – ci il tarixi Azərbaycan dövlətinin ən yeni tarixində özünəməxsus iz qoyacağına şübhə etmirəm. Bəlkə də, 30 ildir erməni işğalında olan torpaqlarımızın azad olunmasında bu günün müstəsina rolu olacaq. Hər halda bu tarixin dövlətimizin uğurlarının başlanğıcı olacağına tam əmin ola bilərik.

İki il öncə Ermənistanda hakimiyyət başına gəlmiş baş nazir Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Qarabağla bağlı həyata keçirməyə başladığı siyasət kökündən yanlış olduğunu isbat edib. Hakimiyyətə gəldiyi ilk zamanlar özünü əvvəlki hakimiyyət mənsublarından tam fərqli göstərməyə cəhd edən N. Paşinyan işğal altında olan Azərbaycan torpaqlarının azad olunması, Dağlıq Qarabağın statusu barədə kəskin danışmadı. Hakimiyyətinin dayaqlarını möhkəmləndirənə qədər bu barədə danışmaqdan daha çox susmağa üsütünlük verdi.

  1. N. Paşinyan növbədənkənar parlamaent seçkisi keçirib baş nazir kürsüsünün dayaqlarını bərkidəndən dərhal sonra Azərbaycanla münasibətləri gərginləşdirmək, işğal altında olan torpaqların azad olunması istiqamətində gedən sülh danışıqlarını pozmaq üçün bütün beynəlxalq hüquq normalarını aşaraq, çərənləməyə başladı.

Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarının normal məcrada davam etdirilməsinə uyğun davranışlarına zidd olaraq, N. Paşinyan bütün beynəlxalq görüşlərdə özünü məğlubedilməz apardı və işğal altında olan Azərbaycan torpaqlarının azad olunması istiqamətində atılan addımların əleyhinə getdi. N. Paşinyan Cənab Prezident İ.Əliyev tərəfindən hər dəfə tutarlı cavab almasına baxmayaraq,  özünü dövlət başçısına xas olmayan hərəkətlərlə tam ifşa etdi. Azərbaycan Prezidenti isə, əksinə, N. Paşinyanın beynəlxalq hüquqa zidd hərəkətlərini dərhal beynəlxalq hüquq normalarına uyğun olmadığını dünyaya bəyan etdi. Lakin Ermənistanın nə baş naziri düz nəticə çıxardı, nə də onu qanunsuz yolla hakimiyyətə gətirən Soros başa sala bildi, bəlkədə heç cəhd etmədi.

Beləcə, Ermənistnın baş nazirinin sayaqlamaları və sərsəmləmələri nəticəsində Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad olunması barədə gedən sülh danışıqları dayandırıldı.

Azərbaycan BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına və tövsiyyələrinə əməl edərək, üzərinə düşən missiyanı layiqincə yerinə yetirməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupu Ermənistanın baş naziri N. Paşinyanın qanunazidd hərəkətləri barədə heç bir ölçü götürmədi, əksinə, baş nazirin yanlış hərəkətlərinə rəvac verdi. Hətta N. Paşinyan onun qanunsuz hərəkətlərinə Minsk Qrupu tərəfindən adi qınaq səviyyəsində belə, qiymət verilmədiyini hiss edərək, həddini aşdı, bir – birinin ardınca Qarabağa səfərlər edərək, beynəlxalq qanunları ayaq altına atdı, Azərbaycan ərazisində min hoqqadan çıxdı! Azərbaycanın işğal altında olan torpaqlarında qanunsuz yol çəkməyə, xarici vətəndaşların yaşayışı üçün məskunlaşma siyasətinə başladı. N. Paşinyan, hətta həddini o qədər aşdı ki, keflənib Dağlıq Qarabağ Ermənistandır, nöqtə -  deməkdən belə çəkinmədi.

  1. N. Paşinyan bunlarla kifayətlənmədi, qondarma “respublikanın” saxta prezidentinin inaqurasiyasını mayın 9-da Şuşada keçirdi və adını da qoydu “Şuşanın işğaldan azad olunması” günü! Bu yanlış, beynəlxalq hüquqa və konvensiyalara zidd hərəkətlərilə N. Paşinyan Azərbaycana torpaqları azad etmək üçün müharibədən başqa vasitə seçmək imkanı vermədi!

Yuxarıda qeyd etdiyim bu hadisələrlə kifayətlənməyən N. Paşinyan yeni hərbi təxribatlara əl atdı və 12-16 iyulda Azərbaycan sərhədlərini Tovuz rayonu istiqamətindən pozaraq, dinc sakinlərin yaşadığı yaşayış məskənlərini artileriya atəşinə tutdu, hərbçilərimizi və mülki sakinləri şəhid etməklə müharibənin qaçılmazlığını təmin etdi!

Artıq 5 gündür, yəni 27 sentybr 2020 – ci il tarixdən Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatlarına, işğala birdəfəlik son qoymaq üçün Vətən Müharibəsinə başlayıb! Azərbaycan Xalqı Şanlı Ordumuzun düşmənə qarşı başladığı hərbi əməliyyatları ruh yüksəkliyilə qarşılayır, ölkə Prezidentinin verdiyi müharibə əmrini ürəkdən alqışlayır! Xalqımız hərbi əməliyyatların son qələbəyə qədər davam etməsini və düşmənin darmadağın edilməsini istəyir! Bu müqəddəs istəyin tezliklə təmin olunacağı gün çox da uzaqda deyil!

Allah xalqımızı, Ordumuzu və Dövlətimizi qorusun! Allah Şəhisdlərimizə rəhmət eləsin! Amin!

 Mahir Abbaszadə