Polkovnik Vaqif Əsədov da oğlunu Qarabağa yola saldı -FOTO

13:14 01-10-2020 65

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə gedib.

Yenixeber.org: V.Əsədov oğlunu sentyabrın 29-da cəbhəyə yola salıb.

"Bəli, bu gün cəbhəyə əsgər yola saldım. Hesab edirəm ki, oğlum Qarabağın azad edilməsində iştirak etməlidir. Ya Qarabağ, ya ölüm! Bunu onun özü də belə istəyir. Ya Qarabağda bayrağımızı dalğalandıracaq, ya da şəhid olacaq", - V.Əsədov sayta açıqlamasında deyib.

Xatırladaq ki, Pərvin Əsədov Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. 29 yaşı var. Pərvin Əsədov hərbi xidmətdə Ağdamda ön cəbhədə olub.

V.Əsədovun sözlərinə görə, oğlu aidiyyəti üzrə ərazilərdə Qarabağın işğaldan azad edilməsi üçün canından keçməyə hazırdır. "İnşallah ki, itirdiyimiz torpaqları qaytararıq. Oğlum da qələbə xəbəri ilə qayıdar. İnanıram və arzulayıram ki, oğlum qələbə bayrağını sancacaq. Ali Baş Komandan bu gün əmr versə, özüm də Vətən uğrunda döyüşlərə hazıram və son damla qanıma qədər mübarizə apararam. 

"Mən cəbhəyə bir əsgər yola salmışam. Hərbi xidməti də cəbhə zonasında keçmişdi. İndi də cəbhəyə getdi. Qələbə bizimdir, qoy o da bu müqədəs döyüşdə iştirak etsin. Mən də döyüşlərdə iştirak etməyə hazıram", - deyə Vaqif Əsədov bildirib.