"Mənim zəhərlənməyimin arxasında Putin dayanıb" -Navalnı

13:36 01-10-2020 65

Kremlin tənqidçisi Aleksey Navalnı Almaniya dərgisinə deyib ki, onun şübhəli zəhərlənməsi arxasında Rusiya Prezidenti Vladimir Putin dayanıb, amma o qorxmur. Bu haqda “Reuters” yazır.

Yenixeber.org: Navalnı avqustda Rusiyada təyyarədə xəstələnib, bir neçə gün sonra Berlinə aparılıb, “Charite” xəstəxanasında müalicə olunub. Almaniya onun Noviçok sinir qazıyla zəhərləndidiyini bildirib. Siyasətçi sentyabrda xəstəxanadan buraxılıb.

“Mən bu cinayətin arxasında Putinin dayandığını iddia edirəm və baş verənlərlə bağlı başqa versiyam yoxdur”, – Navalnı “Der Spiegel”ə deyib. Onun müsahibəsindən bir hissə yayılıb, tam mətnin bu gün axşam dərc olunacağı gözlənir. Qərb insidentlə bağlı Kremldən izahat tələb etsə də sonuncu cinayətə dəlil görmədiyini bildirib.

“Heç bir ağrı hiss etmirsən, ancaq bilirsən ki, ölürsən”, – Navalnı sinir qazının ona təsir göstərməyə başladığı anı belə təsvir edib.

Müxalifətçi Rusiyaya qayıdacağını bəyan edib: “İndi mənim qarşımda duran tapşırıq qorxusuz olmaqdır. Mən qorxmuram!”

Navalnının Almaniyaya aparılmasına yardımçı olmuş siyasi fəal sentyabrın 24-də deyirdi ki, müxalifət liderinin özünə gəlməsi azı bir ay çəkəcək. Onun Rusiyaya qayıdaraq siyasi fəaliyyətini bərpa edəcəyinin də aydın məsələ olduğunu vurğulayırdı.