Ermənilərin Ağdamı atəşə tutması nəticəsində -ata və oğlu həlak olub

16:32 01-10-2020 75

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki şəxs ölüb.

Yenixeber.org: Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonun Hacıməmmədli kənd sakinləri – 1966-cı il təvəllüdlü Məmmədov Mürşid Rəşid oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Samir Mürşid oğlu həlak olublar.

Onları götürmək üçün gedən təcilli tibbi yardım maşınları da ermənilər tərəfindən atəşə tutulub.