“BU ALÇAQ OYUN POZULUR...” -“İşğalçılara səssiz qalanların sözünün heç bir dəyəri yoxdur”

22:04 01-10-2020 75

Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Azərbaycan torpaqlarına Ermənistanın təcavüzü barədə danışarkən bildirib.

“İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur”.

Bu barədə “Haber Global” məlumat yayıb.

Onun sözlərinə görə, işğalçıların əməllərinə cavab verməyənlərin sözlərinin qiyməti yoxdur.

“Bu alçaq oyun pozulur. Qalıcı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpaqlarından geri çəkilməsindən keçir”, - deyə Türkiyə prezidenti bildirib.

 

 

Türkiyə Prezidenti bir daha Azərbaycanın yanında olduqlarını vurğulayıb: “Bunu burada bir daha bildirmək istərdim. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq.

TBMM olaraq Azərbaycanın yanında olduğumuz bir daha bildirildi. Ermənistan işğal etdiyi ərazilərdən çıxarılmalıdır”.