Düşmənin növbəti təxribatı: -FHN adından zənglər edilir

21:24 02-10-2020 85
Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.
Yenixeber.org: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur.

"Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızın diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir"-deyə, məlumatda qeyd olunub.