Prezident İlham Əliyev -Koreya Prezidentini təbrik edib

21:36 02-10-2020 165
Prezident İlham Əliyev Koreyanın Prezidenti Mun Ce-inə təbrik məktubu göndərib.
Yenixeber.org: Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

COVID-19 pandemiyası ilə üzləşdiyimiz bu dövrdə Azərbaycan xalqının dost Koreya xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, ölkənizə daim əmin-amanlıq və firavanlıq diləyirəm".