Prezident İlham Əliyev: “Madagiz bizimdir!”

01:25 04-10-2020 115

“Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı”. Bunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sosial media hesabında bildirib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sosial media hesabında qeyd edib: “Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”

Bu gün #Azərbaycan ordusu #Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. #Qarabağ Azərbaycandır!

Bundan başqa, Prezident İlham Əliyev bu gündən Madagizin tarixi adını bərpa edib. Bundan sonra Suqovuşan adlandırılacaq.

Bu barədə Ali Baş komandan tvitter səhifəsində paylaşıb.

— İlham Əliyev (@azpresident) October 3, 2020

Həmçinin, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.

Ona tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.