Erməni təcavüzü nəticəsində 19 dinc sakin həlak olub

01:30 04-10-2020 90

Ermənistan Silahlı Qüvvələrinin ağır artilleriya silahlarından 27 sentyabrdan hazırkı vaxtadək əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 19 dinc sakin həlak olub.  

MillətinSəsi.info xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş prokurorluqda Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, həlak olanlardan 14-ü kişi, üçü qadın, ikisi azyaşlıdır.

“Həlak olan dinc sakinlərin səkkizi Tərtər,  beşi Goranboy, dördü Ağdam, ikisi isə Füzuli rayonu sakinləridir”.

“Ermənistan Silahlı Qüvvələrinin təxtibatları nəticəsində yaralanan dinc sakinlərin sayı 63-dür.

Onlardan 53-ü kişi, altısı qadın, biri isə azyaşlıdır. Yaralılardan 26-sı Tərtər rayon sakini, 14-ü Ağdam sakini, 10-u Ağcəbədi, altısı Füzuli, ikisi Goranboy, ikisi Bərdə, biri Daşkəsən, biri Xocalı, biri Cəbrayıl sakinləridir”.

Qeyd edək ki, Ermənidtan silahlı qüvvələrinin təxribatları nəticəsində 44 mülki obyekt, 181 yaşayış evi yararsız hala düşüb. 

Bundan başqa, Baş prokuror Kamram Əliyev qeyd edib ki, Ermənistan tərəfi heç vaxt atəşkəs rejiminə riayət etməyib, onlar hər zaman mülki şəxslərə və hərbçilərimizə qarşı cinayətlər törədib.

Baş prokuror Kamran Əliyev bildirib ki, atəşkəs imzalanandan - 1994-cü il may ayının 12-dən indiyə qədər 398 Azərbaycan hərbçisi, 31 mülki şəxs öldürülüb: “Beləliklə, atəşkəs dövründə ümumilikdə 429 nəfər Azərbaycan vətəndaşı qətlə yetirilib”.

K. Əliyev atəşkəs imzalandıqdan indiyə qədər 1038 hərbiçinin, 69 mülki şəxs yaralandığını, bu rəqəmin ümumilikdə 1107 olduğunu açıqlayıb: “Bütün bu faktlarla bağlı prokurorluq orqanları tərəfindən müvafiq cinayət işləri başlanılıb”.

Sonda Baş prokuror Kamran Əliyev deyib ki, Ermənistan Silahlı Qüvvələrinin atdığı top mərmisinin Tərtər rayon Prokurorluğun yaxınlığına düşməsi nəticəsində müstəntiq yaralanıb. 1989-cu il təvəllüdlü müstəntiq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.