Erməni məntiqinin metamorfozası-XRONOLOGİYA

21:47 05-10-2020 130

Ermənistan tərəfinin məntiqinin olmaması və yalanı heç kimi təəccübləndirmir, lakin son iki günün hadisələrini unikal hal hesab etmək olar.

Yenixeber.org: Bundan ötrü, sadəcə, Yeravan rəsmilərinin və Qarabağ ermənilərinin bəyanatlarının xronologiyasını izləmək kifayətdir. Onlar gah Azərbaycanı darmadağın etməklə hədələyirlər, Gəncə aerodromunun məhv edildiyini bildirirlər, gah da deyirlər ki, onların bununla heç bir əlaqəsi yoxdur.

Qarabağ boyunca şəhərləri,  yaşayış məntəqələrini  və Azərbaycan ərazisinin dərinliklərini raket atəşinə tutan ermənilər öncə bu barədə fəxrlə məlumat verirlər və daha da uzağa atəş açmaqla hədələyirdilər. Bunu etməyə başladıqda isə “bizimlə bir əlaqəsi yox” dedilər.

Ermənistan KİV-in 3-4 oktyabr tarixli məlumatından deyilənləri təsdiqləyən ifadələr:

1) Azərbaycanın Gəncə hərbi aeroportu məhv edilib. Bu barədə Qarabağ prezidentinin mətbuat katibi Vaqram Poqosyan Facebook səhifəsində yazıb.

 2) “Azərbaycanın böyük şəhərlərdə yerləşən hərbi obyektləri bundan sonra ordumuzun hədəfinə çevrilib. Mən bu şəhərlərin yerli əhalisini mümkün qurbanların qarşısını almaq üçün tez oranı tərk etməyə çağırıram”, - Qarabağ “prezident”i Arutyunyan Facebook səhifəsində yazıb.

 3) “Qarabağın müdafiə ordusu düşmənin arxa cəbhədəki mühüm hərbi infrastrukturlarına güclü zərbələr endirməyə başlayıb”, - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb.

4) “Azərbaycanda çoxmilyonlu Qərb layihələri, infrastrukturlar, qaz kəmərləri və neft kəmərləri regional təhlükəsizliyin qarantı kimi bundan sonra erməni silahlı qüvvələrinin hədəfində olmalıdır. Bundan sonra bu, birinci dərəcəli məsələdir”, - Ermənistan parlamentinin deputatı Arman Babacanyan Facebook səhifəsində yazıb.

5) “Əgər Azərbaycanın hərbi-siyasi rəhbərliyi üçün Stepanakert, Martuni, Hadrut, Martakert, digər yaşayış məntəqələri icazə verilən hərbi əməliyyatlar zonalarıdırsa, Dağlıq Qarabağın müdafiə ordusu peşəkar hərəkətlərlə çox sərt cavab verir. Azərbaycan üçün nəticələr dəhşətli olacaq”, - Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

6) Arik Arutyunyan: “Müdafiə ordusu bizim xoş məramımızın jesti kimi, Talışıstan və Ləzgistanda yerləşən düşmən hərbi obyektlərinə hədəflənməyəcək”.  

7)  Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovanisyan: “Qandzak aeroportuna zərbə endirdikdən sonra Azərbaycan hakimiyyəti kifayət qədər böyük şəhərin müdafiəsi və əhalinin təhlükəsizliyinin təşkili baxımından heç bir addım atmayıb”.

8) Qarabağ liderinin müşaviri Vaqram Poqosyan: “Vəziyyət bizə Azərbaycan ərazisini terrorçu qruplaşmalardan təmizləmək üçün  sonrakı hərəkətlərimizi Azərbaycan ərazisinə keçirmək üçün legitim hüquq verir”.

Bütün bu bəyanatlardan və raket atəşlərindən sonra erməni tərəfi başqa “mahnı oxudu”:

9) Azərbaycan tərəfi heç olmasa bir sübut təqdim etmədən indi bəyan edir ki, Ermənistan Silahlı Qüvvələri guya Xızı və Abşeron ərazisini hədəfə alıb”, - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz Facebook səhifəsində yazıb. “Növbəti yalan aydın şəkildə göstərir ki, Azərbaycan təxribat üçün zəmin hazırlayır”, - o qeyd edib.

10) Şuşan Stepanyan: “Ermənistan Müdafiə Nazirliyi rəsmən bildirir ki, guya Ermənistan ərazisindən Mingəçevir istiqamətinə zərbələrin endirilməsi barədə Azərbaycan rəhbərliyinin bəyanatları növbəti saxtakarlıqdır”.(turan)