Ermənilərin -Bərdəyə atdığı raketlərdən biri evə düşüb

21:51 05-10-2020 85

Oktyabrın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə şəhərini reket atəşə tutub. 

Yenixeber.org: Bu barədə cəbhə bölgəsinə ezam olunan əməkdaşımız xəbər verir.

Düşmənin atdığı raketlərdən biri şəhərin mərkəzində yerləşən rayon sakini İlqar Fərzəliyevin evinə düşüb. Nəticədə evdən yanğın başlayıb. 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb.