...Əleyhimizə işləyənləri də unutmayacağıq...

22:03 05-10-2020 115

Qəhrəman Azərbaycan əsgəri Dağlıq Qarabağın əzəli və əbədi Azərbaycan ərazisi olduğunu bir əsrdən çoxdur ki, mübahisə və münaqişə obyektinə çevirənlərə qəti şəkildə sübüt edəcəkdir ki, QARABAĞ AZƏRBAYCANDIR!

Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Elə dəstək olmayanları, susanları, əleyhimizə işləyənləri də...

Yenixeber.org: Müzəffər Azərbaycan ordusu bir-birinin ardınca 30 il yağı, mənfur düşmənin təpikləri altında qalan və səbirsizliklə bu günləri gözləyən torpaqlarımızı qarış-qarış azad etməkdədir! Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı Prezident qətiyyətlə bildirmişdir ki, əsgər və zabitlərimizin "Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır". Bütün Azərbaycan xalqı qəti əmindir ki, qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə tam və qəti qələbə çalacaq və dövlətimizin ərazi bütövlüyünü həmişəlik təmin edəcəkdir! Qəhrəman Azərbaycan əsgəri Dağlıq Qarabağın əzəli və əbədi Azərbaycan ərazisi olduğunu bir əsrdən çoxdur ki, mübahisə və münaqişə obyektinə çevirənlərə qəti şəkildə sübüt edəcəkdir ki, QARABAĞ AZƏRBAYCANDIR! Və inanırıq ki, mübahisələrə birdəfəlik son qoymaq üçün Azərbaycan əsgərinin qanı bahasına azad edilən ərazilərdə bundan sonra ermənilərə heç bir status verilməyəcəkdir!

Bütün dünya görür ki, Azərbaycan xalqı öz torpaqları uğrunda VƏTƏN MUHARİBƏSİNƏ qalxıb və yeganə məqsədi işğal ounmuş ərazilərimizi mənfur düşməndən azad etməkdir. Yuxarıda qeyd edilən görüş zamanı Prezident İlham Əliyev bir daha vurğulamışdır ki: "Azərbaycan öz doğma torpağında vuruşur və əsgərlərimiz haqq yolunda yaralanır. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir".

Bu gün bütün Azərbaycan xalqı yüksək peşəkarlıq və döyüş əzmi göstərən şanlı ordumuzun və onun Ali Baş Komandanının ətrafında sıx birləşmişdir. Ordumuzun qələbəsi xalqımızda, xalqımızın dəstəyi ordumuzda böyük ruh yüksəkliyi yaratmışdır! Ali Baş Komandanın dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan ordusu öz torpaqlarını öz gücü ilə azad etmək əzmindədir və bizim kənardan hərbi dəstəyə ehtiyacımız yoxdur. Ancaq, təbiidir ki, biz Azərbaycan xalqı olaraq haqq işimizin hər kəs tərəfindən dəstəklənməsini, haqq işimizin müdafiə olunmasını gözləyirik. Azərbaycan xalqı heç vaxt yaxşılığı unutmayıb və unutmayacaq! Azərbaycan xalqının bir gözəl məsəli var: "Yaxşı dost yaman gündə tanınar!" Prezident İlham Əliyevin də dediyi kimi: "Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq". Elə dəstək olmayanları, susanları, əleyhimizə işləyənləri də...

Bu günlər qəhrəman əsgər və zabitlərimiz BMT-nin qətnamələrini onun əvəzinə, öz canları və qanları ilə həyata keçirməkdədirlər və tezliklə ərazi bütövlüyümüz təmin oluncaqdır! Bu yolda şəhid olan əsgər və zabitlərimizə uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik! Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə səbr diləyirk və əminik ki, dövlətimiz onları yalnız qoymayacaqdır. Prezident İlham Əliev qeyd etmişdir ki: "Dövlət öz əsgərin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanında olacaqdır. ...Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər".

30 ildir erməni işğalına göz yuman, ona havadarlıq edən, bir milyondan artıq qaçqın və köçgünlərimizin vətən həsrəti ilə çətin vəziyyətdə yaşamasına biganə qalan, sülh danışıqları adı altında "başımızın altına yastıq qoyan" ancaq heç bir iş görməyən "sülhpərəstlər", başda öz qətnaməlinin həyata keçirilməsi üçün heç bir iş görməyən BMT mandatına zidd olaraq ermənipərət mövqe tutan ATƏT-in xristian üçlüyü olmaqla, bu gün riyakarcasına Azərbaycanı sülh danışıqlarının pərpa edilməsinə çağırırlar!(?) Onlara cavab olaraq Prezident İlham Əliyev qətiyyətlə bildirib ki: "Mövcud danışıqlar formatı heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir".

Oktyabr ayının dördündə Azərbaycan Prezidenti xalqa möhtəşəm müraciətində bir daha bütün dünyanın, ilk növbədə Ermənistanın və onun havadarlarının nəzərinə çatdırdı ki, Azərbaycan xalqı artıq işğalla barışmaq niyyətində deyil, torpaqlarımızı işğaldan azad etmək əzmindədir. Əgər Ermənistan sülh istəyirsə Azərbaycan torpaqlarından rədd olub getsin! Bizə isə Azərbaycan xalqı olaraq, Ali Baş Komandanın rəhbərliyi altında şanlı silahlı güvvələrimizlə birlikdə olmaq və bu sarsılmaz birliyi göz bəbəyi kimi qorumaq qalır. Yaşasın şanlı ordumuz! Yaşasın müstəqil və qəhrəman Aərbaycan!

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri