Baş prokuror: -"Düşmən bütün qırmızı xətləri pozur"

23:11 05-10-2020 90

"Artıq bütün qırmızı xətlər düşmən tərəfindən pozulur. Müharibə aparmağın da özünün qayda-qanunu var”.

Yenixeber.org: Bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.

“Dağlıq Qarabağdakı erməni separatçılarının "rəhbəri" Araik Arutunyan  və digərlərinin cəzalandırılması üçün əlimizdən gələni edəcəyik: “Bu təxribatları törətməklə  uğursuzluqlarına don geyindirmək istəyirlər. Onların məqsədi Azərbaycanın dinc əhalisini qorxutmaqdır. Sizi əmin edirəm ki, bunların heç biri alınmayacaq” - deyə, o əlavə edib.