İşğalçı ordunun tərkibində Azərbaycana qarşı döyüşən Sose kimdir? –Bakıya da gəlib + FOTOLAR

23:13 05-10-2020 130

2015-ci ildə Birinci Avropa Oyunları zamanı Bakıya gələn erməni idmaçılardan biri hazırda işğalçı ordunun tərkibində Dağlıq Qarabağda Azərbaycan ordusuna qarşı döyüşür.
Yenixeber.org: 2015 Avropa Oyunları çərçivəsində Ermənistandan Bakıya gələn 18 idmançıdan biri də sambo idman növündə mübarizə aparan Sose Balasanyan olub.
1990-cı ildə anadan olan Sose Balasanyan 5 il əvvəl Azərbaycana Ermənistanı təmsil edən idmaçı kimi gəlib. Təqdim olunan rəsmi sənədlərdə Sose Balasanyanın paytaxt İrəvanda anadan olduğu və Ermənistan vətəndaşlığı daşıdığı qeyd olunub. Lakin, bugünlərdə Ermənistan və Rusiya mətbuatında yayımlanan xəbərlərdə Sose Balasanyanın “Stepanakert” (Xankəndi) sakini olduğu və döyüşmək üçün cəbhəyə gönüllü olaraq gəldiyi barədə məlumatlar yayılıb.
Belə görünür ki, hazırda Qarbağda “öz torpaqlarımız müdafiə edirik” deyən “döyüşçülər” Sose Balasanyan kimi Ermənistan vətəndaşlarıdır.