Azərbaycan əsgərləri Türkiyə telekanalının canlı yayımında: “Qarabağ bizimdir, bizim olacaq” - VİDEO

15:00 06-10-2020 100

Azərbaycan əsgərləri Bərdə şəhərindən Türkiyənin “A HBR” xəbər kanalından canlı yayıma qoşulub.

Canlı yayımda bütün işğal edilən ərazilərini erməni terrorçularından azad etmək üçün mübarizəyə hazır olan hərbçilərimiz “Qarabağ bizimdir, bizim olacaq”, “Biz zəfər çalacağıq”, “Qələbə bizimdir” kimi şüarlar səsləndiriblər.

Azərbaycan hərbçilərinin yüksək əhval-ruhiyyəsi, mübarizə əzmi videoda əks olunur.