"İndiyədək atəşkəsin olması nə verdi?" - "30 ildir eyni çağırışlar var"

15:10 06-10-2020 95

“Azərbaycan xalqına dəstəyimi göstərmək üçün bu gün Bakıya gəldim. Prezident Rəcəb Tayyib Ərdoğanın salamını sizə çatdırıram. Biz Azərbaycanla kədərdə də, sevincdə də birgə olacağıq”. 

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Bir daha bildirmək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır. Ermənistanın oradan çəkilməsi mövzusunda bu günlərdə beynəlxalq ictimaiyyətin birmənalı reaksiyası olmayıb”, - o deyib.

“Dünya Azərbaycanın, beynəlxalq hüququn yanında olmalıdır. Bütün çağırışların hamısı atəşkəsə yönəlikdir. Atəşkəs indiyədək olub və nə oldu? Qısa müddət sonra ermənilər yenə hücum edir. Atəşkəs olsun, amma nəticəsi nə olsun? Ermənistana “dərhal Azərbaycan ərazisindən çəkil” deyə bilirsinizmi?” - deyə,  Mövlud Çavuşoğlu bildirib.

“30 ildir eyni çağırışlar var. İşğalçı ilə Azərbaycanı eyni səviyyədə tuturlar. Bunun belə getməyəcəyini bütün dünya anlamalıdır. Biz bu məsələnin sülh yolu ilə həll olunması üçün bütün cəhdləri etdik”, - nazir deyib.