ORDUMUZ 250-yə YAXIN ERMƏNİ HƏRBÇİSİNİ ƏSİR GÖTÜRÜB! - Düşmən cəbhəboyu darmadağın edilir + VİDEO

15:28 06-10-2020 110

Ermənistan silahlı birləşmələri artıq Azərbaycan Ordusuna müqavimət göstərə bilmir. Müdafiə Nazirliyinin yaydığı kadrlardan görünür ki, düşmən silah və hərbi texnikanı ataraq qaçır, nəticədə külli miqdarda hərbi qənimət ələ keçirilir.

"AzPolitika.info"-nun məlumatına görə, günün nailiyyətləri təkcə bununla bitmir, düşmənin möhkəmləndirilmiş mövqeləri artilleriya atəşi ilə darmadağın edilir, Azərbaycanın yaşayış bölgələrinə atəş açılan mövqelər susdurulur.

Bir az əvvəl isə cəbhə xəttində olan Türkiyənin tanınmış "A Haber" kanalının əməkdaşı isə düşmən qüvvələrinin pərakəndə halda geri çəkildiyini, qaça bilməyən 250-yə yaxın erməni hərbçisinin Ordumuza təslim olduğunu xəbər verib.

Bu məlumat bir daha təsqiq edir ki, Ermənistan rəhbərliyinin bütün cəhdlərinə rəğmən cəbhədəki silahlı birləşmələrin müqaviməti qırılıb. Yaxın günlərdə Azərbaycan Ordusununun parlaq qələbə xəbərləri bir-brinin ardınca gələcək.

AzPolitika.info