Ərdoğan bu ölkələrə səfərə getdi

12:52 07-10-2020 100

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Küveyt və Qətərə bir günlük səfərə yola düşüb.

Yenixeber.org: Rəcəb Tayyib Ərdoğan Küveytin mərhum əmiri Şeyx Sabahdan sonra hakimiyyətə gələn əmir Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşəcək.

Türkiyə Prezidenti Küveyt səfərindən sonra Qətərə yola düşəcək. O, Qətər əmini Şeyx Təmim bin Hamed əl-Sani ilə görüş keçirəcək.

Hər iki görüşdə Türkiyə ilə əlaqələr, əməkdaşlığın inkişafı, regional problemlərə dair məsələlər müzakirə olunacaq.