Putin: -"Ermənistan KTMT-nin üzvüdür, lakin hərbi əməliyyatlar Ermənistan ərazisində getmir"

12:55 07-10-2020 70

"Bilindiyi kimi, Ermənistan KTMT-nin üzvüdür, bizim onun qarşısında müəyyən öhdəliklərimiz var. Ancaq hərbi əməliyyatlar Ermənistanın ərazisində getmir”.

Yenixeber.org: Bunu “Rossiya 24”ə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Rusiyanın Təşkilat çərçivəsində müqavilə öhdəliklərinin icrası məsələsinə gəldikdə, biz həmişə öz öhdəliklərimizi yerinə yetirmişik və yetirəcəyik”, - ölkə başçısı vurğulayıb.