“İrandan üzr istənilib” –General Rezai

18:43 07-10-2020 70

“Azərbaycan və Ermənistan İrandan üzr istəyib”.

Yenixeber.org: “Tabnak” xəbər verir ki, bunu İslam Respublikasının sərhəd qüvvələri (NAJA)  komandanının müavini Qasem Rezai bildirib:

“Azərbaycan və Ermənistan İrana raket və mərmilərin səhvən atıldığını deyərək üzr istəyib və bu halların təkrar etməyəcəklərinə söz verib”.

General Rezai bu sözləri Azərbaycanla həmsərhəd Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinin sərhəd məntəqələrinə baxış zamanlı dilə gətirib.

O, Ermənistan və Azərbaycan arasındakı münaqişəyə toxunaraq bildirib: “28 ildən çoxdur ki, Dağlıq Qarabağla bağlı münaqişə var, nəticədə hər iki ölkə itkilər verir. Ümid edirik ki, BMT vəzifələrini ən qısa müddətdə yerinə yetirəcək və problem iki ölkənin dialoqu ilə həll olunacaq”.

Xatırladaq ki, Azərbaycan Respublikası ərazisində aparılan döyüşlər zamanı İran ərazisinə bir neçə dəfə mərmi və raketlər düşüb. Atəşin kim tərəfindən açılması müəyyən edilməyib.