Kreml: -Putinlə İlham Əliyev Qarabağ barədə qısa danışıblar

18:45 07-10-2020 80

Bu gün Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub.

Yenixeber.org: Tərəflər Qarabağda yaranmış vəziyyəti də müzakirə ediblər.

“Bəli, telefon danışığı olub. Prezident İlham Əliyev Putini ad günü münasibətilə təbrik edib və tərəflər Qarabağ münaqişəsini qısaca müzakirə ediblər. Dialoq davam edəcək”, – deyə Putinin mətbuat katibi Dmitri Peskov qısa açıqlama verib.