Quldur, bolşevik, qiyamçı daşnak, legioner faşist - əvvəlcə sovet generalı olan Dro Hitlerin də generalı olub

18:47 07-10-2020 65

Erməni müəlliflərinin tarixi “araşdırmaları”ndakı saxtakarlıqlar artıq dünya ictimaiyyəti üçün də sirr deyil. Az qala bütün dünyanı erməniləşdirmək iddiasına düşən, miflər yaradan bu müəlliflər zaman-zaman təkzib olunaraq layiqli cavablarını alırlar.

Yenixeber.org: Amma haqq üçün deyək ki, bəzi erməni yazarları bilərəkdən, yaxud da bilmədən öz “qəhrəmanlar”nı olduğu kimi təqdim edirlər. Əslində elə hadisələr, ayrı-ayrı şəxslərin fəaliyyətindəki elə əməllər var ki, onları tarixin səhifələrindən silmək, dəyişmək mümkün deyil. Faşist xislətli Drastamat Kanayanın əməllərini, fəaliyyətini də heç bir yazı ilə silmək, dəyişmək mümkün olmayıb.

General Dro kimi tanınan Kanayan 1883-cü ildə İrəvanda anadan olub. Gimnaziya təhsilini başa vurduqdan sonra Pyatiqorsk şəhərində hərbi təhsil alıb. 1903-cü ildən Daşnaksütyun partiyasının üzvü olan Kanayan 20-ci əsrin əvvəllərindən başlayaraq türklərə qarşı qanlı cinayətlər törətməyə başlayıb, I dünya müharibəsi zamanı türklərə qarşı vuruşan Kanayan dinc əhaliyə qarşı kütləvi qırğın törədən erməni dəstələrindən birinə rəhbərlik edib.

Daşnakların süqutundan sonra Kanayan hiyləgər və çevik siyasi gedişi ilə sovet Ermənistanının tərəfdarlarından birinə çevrilib və ona sosialist Ermənistanının hərbi qoşunlarının komandanı vəzifəsi həvalə edilib. Ancaq qısa müddətdən sonra onun daşnak xisləti özünü yenidən biruzə verib, 1921-ci ilin fevral ayında daşnaklar sovetlərə qarşı üsyana qalxanda, Kanayan da onlar tərəfə keçib, üsyan yatırıldıqdan sonra isə həbs olunacağından qorxan Dro Ermənistandan qaçaraq əvvəlcə Rumıniyada, sonra Livanda, daha sonra isə Almaniya məskunlaşıb.

Drastamat_Kanayan_headshot.jpg (59 KB)

Almaniyaya mühacirət etməsi Kanayanın həyatında yeni mərhələ açıb. II dünya müharibəsi ərəfəsində o, Hitlerlə tanış olub. Özünü məğlubedilməz döyüşçü kimi təqdim edən Dro bütün hiyləgərliklərə əl ataraq fürerin etimadını qazanıb. Daha dəqiq ifadə etsək, onların arasında münasibətlərin yaranmasında eyni faşist əqidəsi əsas rol oynayıb.

General rütbəsi ilə təltif olunan Kanayana erməni polkunun yaradılması həvalə edilib. Bu sahədə o, digər bir faşist xislətli erməni, Qaregin Njde ilə birgə fəaliyyət göstərib.

Bütün varlığı ilə faşist Almaniyasına xidmət edən Kanayan SS-nin tərkibində 812-ci erməni alayı yaradıb. Hərbi cinayətlərin törədilməsində bu alay qısa müddətdə ad şıxarıb. Kanayandan həmçinin diversiya və təxribat törətmək üçün də istifadə olunub. O, bu məqsədlə Simferopolda ermənilərdən ibarət təşkilat və qruplar yaradıb. Təşkilat “Dromedar” adlandırılıb.

Kanayanın bu fəaliyyəti sovet kəşfiyyatçılarının diqqətindən yayınmayıb. Bu haqda Lavrenti Beriyaya məruzə edilib. “Dromedar”ın fəaliyyəti “NKVD” tərəfindən tam araşdırıldıqdan sonra Beriya İosif Stalinə məxfi müraciət ünvanlayıb. Müraciətdə aşağıdakı fikirlər də öz əksini tapıb:

yII1Iig2i8pY49WYc_yOO5KNFOx6o7O7SgLNrrmOOx_RBxHBvrL7GWCFEWcyTii8Ta_01ATqsDr6unxeMAEtp8AFawGfC2ICwFZiF8EqDBKAeJkPMLJy57S3pPpztMBn.jpg (57 KB)

“Diqqətinizə çatdırıram ki, Simferopol şəhərində almanların kəşfiyyat qrupları fəaliyyət göstərir. Bu qruplar “Dromedar” təşkilatı tərəfindən idarə olunur. Təşkilatın rəhbəri isə keşmiş daşnak generalı, “general Dro” adı ilə tanınan Drastamat Kanayandır. O, həmçinin Almaniyada “Erməni legionu” alayının yaradıcısıdır. Tərəfimizdən aparılan araşdımalar nəticəsində məlum olub ki, Simferopolda və ətraf ərazilərdə yaşayan 10 minə yaxın erməni Kanayanın təsiri altında “Dromedar” təşkilatına cəlb edilib. “NKVD” bunları nəzərə alaraq ərazidən ermənilərin çıxarılmasını məqsədəuyğun sayır. Əks təqdirdə bu qrupların törədəcəkləri diversiya və təxribatlardan yayınmaq mümkün olmayacaq...”

Adətən qərar şıxarmaqda tələsməyən Stalin bu məsələ ilə bağlı təcili tədbirlərin görülməsini zəruri və təxirəsalınmaz sayıb. Stalinin imzaladığı əmrlə Krımdan 9621 nəfər erməni köçürülərək “Dromedar” təşkilatı zərərsizləşdirilib.

2103572_600.jpg (41 KB)

Nasist Almaniyası məğlubiyyətə uğradıqdan sonra Kanayan hərbi cinayətkar kimi ABŞ xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılaraq həbs olunub. Müəmmalı məqamlardan biri odur ki, Kanayan çox qısa müddətdən sonra azadlığa şıxaraq Avropanı tərk edə bilib. Bir müddət Beyrutda yaşadıqdan sonra o, erməni diasporunun köməkliyi ilə Amerika Birləmiş Ştatlarına köçüb.

SSRİ DTK-sının qara siyahısında olduğundan Kanayanın Ermənistana gəlməsi mümkün olmayıb. O, ömrünün sonuna qədər Bostonda faşistlərin hesabına qazandığı pulla zəngin həyat yaşayıb.

Drastamat Kanayan 1956-cı ildə 72 yaşında Bostonda ölüb və elə Bostonda da dəfn olunub.

vne_strok_bvnc-1 (1).jpg (35 KB)

Ermənilər öz faşist həmyerlilərini unutmayıblar. 2000-ci ilin may ayında Kanayanın cəsədi ABŞ-dan Ermənistana aparılıb və İrəvandan 59 kilometr aralıda yerləşən Aparan şəhərindəki qəhrəman döyüşçülər momerial kompleksində böyük izdihamla dəfn olunub.

Bəli, hazırda Rusiyadan imdad gözləyən ermənilər faşistlərə bu cür ehtiram bəsləyirlər, özlərini dünyaya sülhsevər kimi təqdim edən bu toplum müasir dünyamızın ən fəal faşist ideologiyasının daşıyıcılarıdır. Bu günlərdə Azərbaycanda rayon və şəhərlərimizi raket atəşinə tutmaqla, dinc əhalini hədəf seçməklə də Kanayanın davamçıları bir daha bunu sübut edirlər.(musavat)

İlham Cəmiloğlu