Leyla Əliyeva erməni təcavüzü ilə bağlı paylaşım etdi

18:55 07-10-2020 105

Xəbər verdiyimiz kimi, Gəncə şəhəri ərazisinə Ermənistan silahlı qüvvələrinin atdığı dağıdıcı xassəli mərmilərin düşməsi nəticəsində yaralananlardan biri azyaşlı uşaqdır.

MillətinSəsi.info xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəllüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb:

“Ermənilərin azərbaycanlı mülki vətəndaşlara qarşı terroru davam edir. 10 aylıq körpə Gəncə şəhərinin yaşayış məntəqələrinə ermənilərin atdığı raket zərbəsi nəticəsində yaralanıb”.