Makron, yoxsa...

19:22 07-10-2020 230

Tarixi bilmək üçün alim olmaq lazım deyil

 Hə millət, eşitdiniz də, Makron adında birisi, deyirlər Fransanın prezidentidir, iddia edir ki, İslam dini dünyada böyük böhran yaşayır. Bunu necə hesablayıb, necə öyrənib, deyə bilmərəm. Ancaq bir şeyi dəqiq bilirəm ki, bu bədbəxtin İslam dinindən, ümumiyyətlə xəbəri yoxdur. Deyəsən, heç xristianlığın da nə olduğunu duz-əməlli bilmir axı. Sadəcə olaraq, İslam dininə qarşı çıxaraq özünü böyük xristian təəssübkeşi kimi göstərməyə çalışır. Bu da səbəbsiz deyil. Daim böyük qardaş kimi ermənilərə havadarlıq edən, onların bütün cinayətlərini ört-basdır edən Fransa dövlətinin rəhbəridir axı. Bu yaxınlarda keçiriləcək seçkilərdə də hayların xidmətinə ehtiyacı olacaq. Məhz bu səbəbdəın də "günəşə hürən köpək" kimi, özünü hayların gözünə soxmağa çalışır. Bu gün Azərbaycanın Qarabağda uğurlu hərbi əməliyyatlar keçirməsi də, Makronun yuxusun ərşə çəkib.

Uzun illər ATƏT-in Minsk Qrupunun üzvü kimi də, ermənilərə havadarlıq edən Fransa hazırda çox aciz bir duruma düşüb. Bu istiqamətdə əlindən bir iş gəlmədiyi üçün bütövlükdə İslam dünyasına çamur atmaqdadır.

Lakin yaddan çıxarır ki, məhz İslam dininin humanistliyi və tolerantlığı səbəbindən ermənilər Azərbaycan torpaqlarında məskunlaşıblar və burada hətta öz dövlətlərini belə (İrəvan-Y.S), qura biliblər.

Makron isə deyəsən nəinki İslam, heç özünün idarə etdiyi Fransa dövlətinin belə, tarixini doğru-dürüst bilmir. Məhz bu səbəbdən də, bu gün Fransanın dünyəvi bir dövlət olduğunu, ölkədə radikallaşma probleminin həlli və birgəyaşayışın təmini üçün çalışdığını iddia edir. Makron bundansa, getsin Faransanın müstəmləkəçilik tarixini öyrənsin və bu dövlətin tökdüyü qanların hesabını aparsın. Sələflərinin Əlcəzairdə diri-diri torpağa gömdüyü ərəblərin iniltisi hələ də eşidilməkdədir. Görsün ki, bu gün birgəyaşayış qabiliyyətindən danışan, radikallaşmanın qarşısını admağa çalışan dövlət, o dövrlərdə öz ərazisindən min kilometrlərlə uzaqda yüzminlərlə insana necə divan tutub. Zor gücünə işğal etdiyi torpaqlarda yaşayan insanları qul kimi istismar edən Fransa tarixini oxusun, ondan sonra tolerantlıqdan, demokratiyadan və dünyəvilikdən danışsın.

Mənə belə gəlir ki, bu təkcə Fransaya aid bir məsələ deyil. Bu gün bütün Qərb dünyası onlara başucalığı gətirməyəcək işğalçılıq siyasətini, "xaç yürüşləri"ni, səlib müharibələri"ni unudublar və onlara sərf etmədikdə dünyaya demokratiya və tolerantlıq dərsi keçməyə cəhd edirlər. Yəni əyinlərinə demokratiya və tolerantlıq donu geyinərək eyni siyasəti davam etdirirlər. Bu, işğalçı Ermənistana münasibətdə də özünün tam çılpaqlığı ilə göstərir. Əsas hədəf isə İslam dünyası və müsəlman dövlətləridir.

Müasir Qərb dünyası İslam dedikdə, bir çox hallarda özünün yaratdığı və idarə etdiyi terror qruplaşmalarını nəzərdə tutur. Əgər hər hansı bir müsəlman dövlətində bir terror qrupu, yaxud birləşmə fəaliyyət göstərirsə, ona qarşı həmin dövlətin özü mübarizə aparır.

Məsələn, Azərbaycanda da belə qrup və qruplaşmaların yaradılmasına çox cəhdlər olub. Lakin Azərbaycan dövləti və xalqı bu kimi qrupların aşkarlanaraq zərəsizləşdirilməsi üçün birlik və həmrəylik nümayiş etdirərək, onların fəaliyyətlərinin qarşısını almağa müvəffəq olub.

Bu da danılmaz faktdır ki, bir çox Qərb dövlətləri, o cümlədən Fransa müxtəlif yollarla bu kimi qruplaşmalara dəstək verməklə öz maraqlarını təmin edir. Eyni zamanda İslamın böhran içində oldudunu bəyan etməklə, onu həm də dünyaya terror dini kimi təqdim etməyə çalışır..  Əslində isə onlar bununla öz istəklərini dilə gətirmiş olurlar. Makron kimilərinin arzusu budur ki, İslam bütün dünyada böhran yaşasın ki, onlar da elməni kimi nə dini, nə milliyəti məlum olmayanları dəstəkləməklə öz arzularına çıtsınlar.

 P.S. Mənə elə gəlir ki, əslində valideynləri ona Makaron adını qoymaq istəyiblər, lakin çox uzun alındığından Makron deyiblər. Bilirsiniz də, makaron xəmirdən hazırlanır və bir balaca su dəyən kimi, hara gəldi yapışır... Bu qədər.

 Yusif Seyidoğlu