“Tı rab, tı vor, tı trus, tı armyanin!”

19:38 07-10-2020 1360

Azərbaycan əsgərinin zərbəsi hayları vahiməyə salıb. Din “Qardaşlarının” əli ilə zəbt etdikləri torpaqlardan qaçmağa məcbur olublar. Onlar günlərin birində bu addımın atılacağını gözləmirdilər, çunki Rusiya onları “ayı kimi qış yuxusunda uyudurdu”.

Bəli, Ermənistanın 27 sentyabrda Azərbaycan xalqının mülki şəxslərinə qarşı hücumları ilə başlayan qarşıdurmalar bu gün cəbhəboyu bütün bölgələri əhatə edib. İşğal olunmuş 7 rayonumuzdan biri olan Cəbrayıl üç gün öncə günorta saatlarından tamamilə Azərbaycanın nəzarətindədir. Ondan 30 km məsafədə olan Füzulimiz də ordumuz tərəfindən hər an düşmənin caynağından qoparıla bilər. Füzuli, Ağdərə və Kəlbəcər doğru olan irəliləyişimiz ondan xəbər verir ki, Laçın dəhlizini bu bölgələrlə birlikdə nəzarətə götürməyimizə saatlar qalıb - Qarabağın gözü Şuşanın Xankəndinin qoxusunu hiss edirik. Əminliyimin səbəbi var, çünki hazırda orada yaşayan mənfurlar Ermənistana qaçırlar. Xəbər saytlarının yazdıqlarına əsasən, oradakı mülki şəxslərin çıxmasının qarşısını almağa çalışırlar. Qaçan yalnız mülki şəxslər deyil, erməni ordusunun əsgərlərinin də durumunun eyni olduğu iddia edilir.

Hazırda mənəvi üstünlük Azərbaycanın tərəfindədir ki, bu da Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışında açıq şəkildə hiss olundu: “Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Onlar orada təxribat törətdilər, dərs verdik, dərs olmadı. Burada təxribat törətdilər, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə yenidən təxribat törətdilər, dərs verdik, indi dərs oldu.”

Maraqlısı düşmənin çıxış yolu olaraq, işğal olunmuş torpaqlarımız xaricindəki ərazilərimizə hücum edərək diqqəti Qarabağın üzərindən yayındırması, buna cəhd etməsidir. Amma durmadan Mingəçevirə orta mənzilli raketlər atırlar, hansı ki, bu yerdə su anbarı və elektrik stansiyası var. Məqsəd aşkardır, düşmən guya hiylə edirmiş kimi, bəzi ölkələri və təşkilatları münaqişəyə cəlb etməyə çalışır. Məsələn, Rusiya və Rusiyanın rəhbərliyi ilə qurulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi. Digər üzvləri Belarusiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Ermənistandır. Ermənistanın ərazisində bazaları olduğundan Rusiya düşmənin sərhədlərinə nəzarət edə bilir. Lakin Ermənistanla Azərbaycan arasındakı sərhədlərə nəzarət edə bilmir.

1992-ci ildə qurulan KTMT hərbi əməkdaşlığa əsaslanan bir təşkilatdır. 1999-cu ildən sonra Azərbaycan, Gürcüstan və Özbəkistan buradan geri çəkildi. 2004-cü ildə qəbul edilmiş qərarla KTMT üzvü olan ölkələr digər MDB ölkələrinə nisbətən Rusiyadan daha ucuz silah almaq hüququna malikdirlər.

KTMT razılaşmasına görə, tərəflərin öz aralarında və digər dövlətlərlə mübahisələrini sülh yolu ilə həll edəcəyi bildirilir. Üzv dövlətlər heç bir üzvə qarşı hərbi qarşıdurmaya girə bilməz. Üzv dövlətlərdən birinə edilən hücum təşkilata hücum kimi qəbul edilir. Necə ki, Tovuz hadisəsi ərəfəsində KTMT Daimi Şurasının həmin vaxtda planlaşdırılmış fövqəladə iclası qeyri-müəyyən vaxta qədər təxirə salındı. Bu tərəflər arasında konsultasiya aparılması, həmçinin müzakirə formatının dəqiqləşdirilməməsi ucbatından təxirə salındı.

Maraqlı məqamlardan biri də Paşinyanın çətin duruma düşəndə müxtəlif cəfəng şuarlar səsləndirməsidir: "Münaqişəyə ilk başlayan Azərbaycandır", “Türkiyə hər vəchlə Azərbaycana dəstək verir”, “Suriyadan terrorcu qruplar gətirilib” və sairə kimi iddialar. Bunlar çarəsizliyi ortaya çıxaran axmaq təbliğatlardır. Hansı ki, Azərbaycan ordusunun kənar qüvvələrə ehtiyacı belə yoxdur.

Hazırda dünyaya yeni bir yalan təqdim etmək barədə düşünən düşmən tərəf bu dəfə BMT və ATƏT-in Minsk Qrupu həmsədrlərinə “bizim mülki insanlarımızı öldürürlər” deməklə, özlərini aldadaraq atəşkəsə nail olacaqlarına inandırır.

Yazını sonlandırdığım anlarda düşmənin təbii halətindən, yəni qorxaqlığından doğan xəbər aldım. Paşinyan müqəddəs torpağımızın - Qarabağın adını murdar dilinə gətirərək deyib:

"Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə hazırdır, əgər Azərbaycan da buna hazır olsa". Bəli, bu qərarı da verməklə təsdiq etdilər ki, onlar hər zaman kölə, oğru və qorxaq olublar, bu gün də belədirlər - çünki ermənidirlər!

Aleksandr Puşkinin atasına rəhmət, zamanında haylara dəqiq təqdim etdiyinə görə...

 Şahnaz Salehqızı