Azərbaycanla təkbətək, “Uçurumun kənarında...” -Ermənistanın qorxulu röyası çin olur

14:38 09-10-2020 90

Paşinyandan növbəti sərsəm bəyanat; Bakını Rusiya və Qərblə toqquşdurmaq planı iflas olur - əlimizdəki güclü “kozır”; amerikalı analitik: “Nə qədər gec deyil, Ermənistan ayılmalıdır...”

Yenixeber.org: Azərbaycanın Ermənistanın faktiki xilasına yönəlmiş son sülhməramlı təkliflərini rəsmi İrəvan, özəlliklə də baş nazir Nikol Paşinyan yenə qulaqardı edib. Hələ harasıdır, Nikol həyasızcasına yenə “Artsax Ermənistandır” söyləyib. Demək, ordumuzun zəfər yürüşü davam edəcək. İndi buna qarşı beynəlxalq xarakterli heç bir geosiyasi əngəl yoxdur: Rusiya da, Qərb də məsələdə öz neytrallığını saxlayır. İki gün öncə Vladimir Putin bu mövqeyi növbəti dəfə, birmənalı şəkildə hamıya bəyan etdi.

Beləcə, Azərbaycan hərb meydanında işğalçı ölkə ilə tamamən baş-başa, təkbətəkdir. Bizə də bu - antiterror əməliyyatına böyük güclərin neytrallığı lazım idi. Düşməni panikaya, xofa salan həm də bu yöndəki gözləntilərin puç olmasıdır. Əli hər yerdən üzülən Ermənistan rəhbərliyi isə indi də Dağlıq Qarabağdakı oyuncaq qurumun beynəlxalq birlik tərəfindən tanınmasına ümid edir.

*****

“Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır”. Ermənistanın baş naziri Nikol Paşinyan bunu srağagün “Euro News” telekanalına müsahibəsində deyib. “Beynəlxalq ictimaiyyət qətiyyət göstərməli və Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır”, - deyə Paşinyan abırsızcasına bütün dünyaya ağıl verməyə çalışıb.

Beynəlxalq birlik isə təbii ki, belə müraciətləri çoxdan vecinə almır. Alsaydı, Paşinyanın arzusu ötən 27 illik atəşkəs dönəmində reallaşardı. Belə bir şey Azərbaycanın apardığı antiterror əməliyyatı dövründə də gözlənilmir. Ona görə ki, dünya birliyi, bütün ölkələr Dağlıq Qarabağı Azərbaycan ərazisi sayır. Odur ki, boşuna gözləməsinlər və nə qədər gec deyil, nə qədər ki, erməni xalqı qat-qat böyük canlı və maddi itkilərə tuş gəlməyib, təcili şəkildə yerdə qalan ərazilərdən olan-qalan quldur birləşmələrini geri çəksinlər.

***** 

İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər” -  Ekspert » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

“Ermənistan Azərbaycana qarşı davam edən əməliyyatları səbəbindən gələn həftə Belarusda keçiriləcək KTMT-yə üzv ölkələrin hərbi təlimlərinə qatılmayacaq. Bu, inandırıcıdır, çünki Ermənistanın cəbhədə nə qədər pis vəziyyətə düşdüyünün etirafıdır. O dərəcədə pis ki, İrəvan az sayda əsgərini belə təlimlərdə iştirak üçün ayıra bilmir. Bu, Ermənistanın blokun onu dəstəkləməkdən imtina etməsinə gizli və aqressiv cavabı kimi də dəyərləndirilə bilər”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri amerikalı siyasi şərhçi Andrey Korıbko İrəvanın KTMT tərəfdaşlarını Qarabağ münaqişəsinə cəlb etmək üçün göstərdiyi təhlükəli cəhdlərdən danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya, KTMT-yə üzv ölkələrdən birinin bloku böyük müharibəyə sürükləmək üçün ondan sui-istifadəyə imkan verməyəcək: “Blok rəhbərliyi açıq-aşkar tərəf tutmaq istəmir. Bu isə İrəvanın ittifaqla bağlı yalançı gözləntiləri ilə ziddiyyət təşkil edir və o, hərbi dəstək üçün Qərbə (xüsusilə Fransaya) üz tutmaq zorunda qala bilər. Əlbəttə, bu, o demək deyil ki, tək qalan Ermənistan məhz belə hərəkət edəcək və edəcəksə də, onun cəhdi uğurlu olacaq. Ancaq hələlik ssenari elədir ki, İrəvan blokun mövqeyindən məyusdur. Rusiyanın nəzərincə isə Ermənistanın KTMT xaricində hər hansı hərbi yardım almağa çalışması Rusiya maraqlarına, Ermənistan ərazisindəki onun hərbi bazasına və KTMT hərbi ittifaqı çərçivəsində birliyə təhlükə yaradır”.

Ekspertin qənaətincə, Rusiya neytrallığını saxladıqca onun Ermənistanla əlaqələri zəifləməyə davam edəcək. “Əslində Ermənistan tərəfindən Moskva qarşısında qoyulmuş təxribatçı ”təhlükəsizlik dilemması" səbəbi ilə Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi tamamilə İrəvanın vicdanında olacaq və bu, Moskvanın balanslı mövqeyindən fərqli olaraq, İrəvanın öz təşəbbüsü ilə həyata keçiriləcək. Ermənistan “kiçik tərəfdaş” olaraq anlamalıdır ki, “böyük qardaş” Rusiyanı Azərbaycanın müttəfiqi Türkiyə ilə təhlükəli qarşıdurmaya sürükləmək o qədər də asan olmayacaq - özü də bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı Qarabağa görə", - deyə o vurğulayıb.

Sonda amerikalı politoloq hadisələrin ən yaxşı ssenarisi kimi bunu mümkün sayıb: “Ən yaxşı ssenari o olardı ki, Ermənistan, nəhayət, uçurumun kənarında olduğunu anlayaydı - hansı uçuruma ki, onu öz rəhbərliyi və xaricdəki tərəfdaşları, bir də xəstə ambisiyalı erməni diasporu sürükləyir”.

*****

ABŞ Dağlıq Qarabağda müharibə anonsu verdi

Öz növbəsində beynəlxalq təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Aleksey Fenenkoya görə, Paşinyana elə gəlib ki, iki il yarımlıq hakimiyyəti dövründə ardıcıl olaraq apardığı anti-Rusiya siyasəti nəticəsində artıq Qərb, NATO onu müdafiə edəcək: “Yəni ki, Qərb Türkiyəyə, Azərbaycana təzyiq göstərəcək, fransız dostlar da Nikol Paşinyan üçün nələrsə edəcək. Ancaq Qərbdə heç kim onu müdafiə etməyə hazırlaşmır. Ola bilsin, müharibədən sonra bunu Ermənistanda anlasınlar”. 

Bu barədə o, “Vestnik Kavkaza” portalına bildirib.

Ekspert hesab edir ki, Paşinyan KTMT-dən də kömək gözləyə bilməz: “Hələ 2016-cı ilin oktyabrında KTMT-nin İrəvan sammitində bəyan edilib ki, blokun təhlükəsizlik zəmanəti yalnız Ermənistanın özünə aiddir və hansısa üzdəniraq ”Artsax"a, tanınmamış “DQR”ə şamil edilmir. KTMT cürbəcür avantüralara görə heç kimlə döyüşmək fikrində deyil".

Analitikə görə, məhz belə bir yanaşma Ermənistan siyasətinin Qərbə sarı dönməsinin səbəblərindən biri olub. “Paşinyan daha bəyan edirdi ki, KTMT Ermənistanın maraqlarına elə də cavab vermir və əslində bu təşkilatı iqnor eləməyə çalışırdı. O gözləyirdi ki, anti-Rusiya mövqeyinə görə amerikalılar, fransızlar, almanlar və başqaları ona kömək edəcək. Bu düşüncələr ona ilham verirdi. Amma indi gördü ki, Avropa onu müdafiə etməyə hazır deyil”, - deyə ekspert qeyd edib.

Fenenko Azərbaycanın müharibə nəticəsində nə qədər ərazi azad edəcəyinin mühüm olduğunu söyləyib: “Birincisi, Bakının nə qədər ərazi azad etdiyi vacibdir. İkincisi, həmin əraziləri hərtərəfli bərpa planına ehtiyac olacaq. Üçüncüsü, bu ərazilərdəki (Dağlıq Qarabağ nəzərdə tutulur - red.) erməni əhalisinə veriləcək rəsmi zəmanətlərə ehtiyac var. Bu edilərsə, Bakı informasiya sahəsində Azərbaycanı Qərbə qarşı qoymağa çalışan Ermənistanı üstələyəcək”.

*****

Qarabağa böyük qayıdışı başladan Azərbaycan Ordusu...

Şübhə yox ki, hərb meydanında aşkar üstünlüyü olan Azərbaycan informasiya savaşında da uğurlu nəticəyə imza atacaq. Çünki əlimizdəki “kozır” çox güclüdür: haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfdədir. Üstəgəl, aparıcı güclər aşağı-yuxarı indi Qarabağ həqiqətini qəbul edir. Odur ki, İrəvan “Nə qədər gec deyil, Ermənistan ayılmalıdır!” çağırışlarına məhəl qoymalıdır...
“Müsavat”