“Suqovuşan Fatehi” -üçün özəl gün...

14:50 09-10-2020 85

Bu gün Birinci Ordu Korpusunun komandiri Hikmət Həsənovun doğum günüdür.

 

Yenisabah.az xəbər verir ki, Hikmət Həsənov 9 oktyabr 1975-ci ildə Füzuli rayonunda dünyaya gəlib. General-mayor 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Tərtərdə "N" saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlayıb. 

1994-cü ildə Türkiyədə Tuzla Hərbi Piyada Məktəbində 6 ay kurs keçib, 1995-ci ildə hərbi məktəbi bitirərək, Ağdamda "N" saylı briqadada xidmətə başlayıb. Burada bölük komandiri, tabor komandiri vəzifəsinə qədər yüksəlib. 

2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nankin Quru qoşunları Ali Hərbi Akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə bitirib, xüsusi döş nişanı ilə təltif olunub. 

2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu ələ keçirdiyinə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır. Həmin dövrdən bu günədək Hikmət Həsənov göstərdiyi şücaətə görə müxtəlif dövrlərdə fərqli vəzifələrə təyin edilib və müxtəlif  medallarla təltif olunub. 

Onun komandirliyi dövründə 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində düşmən tərəfi ciddi itkilər verib. 2016-cı ildə aprel döyüşlərində cəbhənin 3 istiqamətində: Ağdam-Tərtər-Goranboy cəbhəsindəki döyüşləri idarə edib. Hikmət Həsənovun apreldə rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik “Ohanyan müdafiə xətti”ni yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləyib.

Qeyd edək ki, general 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Dağlıq Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə də qəhramanlıq göstərməyə davam edir. O, oktyabrın 3-də Ağdərə rayonu istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq edib. Bu münasibətlə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Hikmət Həsənovu təbrik edib.

Generalımıza Şuşaya Azərbaycan bayrağı sancmağı arzu edirik!

 

“Suqovuşan Fatehi” üçün özəl gün...
“Suqovuşan Fatehi” üçün özəl gün...
“Suqovuşan Fatehi” üçün özəl gün...