Ərdoğan: -"İşğalı qanuniləşdirən təklifin bölgədə tətbiq olunma şansı artıq yoxdur"

14:54 09-10-2020 95


"30 ildir qanqrenaya çevrilmiş problemin həll yolu işğala son qoymaqdır".
Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu sözləri Türkiyə-Afrika İqtisadi və İş Forumunun Açılış sessiyasında səsləndirib:
“Ermənistanın barışmaz və utanmaz mövqeyinə görə, 30 ildir qanqrenaya çevrilən bu problemin həll yolu işğalın sonudur. İşğalı qanuniləşdirən təkliflərin artıq ərazidə tətbiq olunma şansı yoxdur”.
Türkiyə prezidenti sessiyasında videogörüntü vasitəsilə iştirak edib.