Ermənistanın -sabiq müdafiə nazirinin oğlu yaralandı

15:06 09-10-2020 75

Ermənistan sabiq müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan yaralanıb.

Yenixeber.org: Bu barədə məlumatı "168.am" saytı yayıb.

Bildirilib ki, o, hazırda Dağlıq Qarabağdakı xəstəxanalardan birində müalicə alır.

Qeyd edək ki, general-polkovnik Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.