2040-cı ildə Bakıda əhalinin sayı nə qədər olacaq? - FOTO

16:13 09-10-2020 70

Bakı şəhərinin Baş Planı çərçivəsində 2040-cı ilə qədər şəhər əhalisinin sayı 3,17 milyon nəfər təşkil edəcək.

Bakı şəhərinin gələcək əhali sayı proqnozunun verilməsi üçün milli və beynəlxalq tendensiyalar nəzərə alınıb, gələcək illərdə şəhər əhalisinin artmağa davam edəcəyi, lakin artım tempinin nisbətən aşağı olacağı proqnozlaşdırılıb.

Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Hesabat dövrü üçün şəhər əhalisinin  2,88 - 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.