Bişkekdə fövqəladə vəziyyət tətbiq edilir

16:18 09-10-2020 105

Jeenbekov bu gün saat 20:00-dan Bişkek ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilməsi barədə fərman imzalayıb. “Report” TASS-a istinadən xəbər verir ki, rejim 21 oktyabr saat 08:00-a qədər qüvvədə olacaq.

Qırğızıstan Daxili İşlər nazirinin müavini Almazbek Orozaliyev paytaxtın komendantı təyin edilib.

Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargahına asayişi qorumaq və silahlı toqquşmaların qarşısını almaq üçün Bişkekə ordu göndərmək tapşırılıb.