“Bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq!” - Azərbaycan əsgəri (Video)

16:22 09-10-2020 100

Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərindən hazırlanmış videoörüntülərdə düşmənin məhv edilmiş hərbi texnikalarının qaldığı da görünür.

Videoda 27 ildir həsrətində olduğumuz Cəbrayıla Azərbaycan əsgərinin üçrəngli bayrağımızı sancması barədə qürurverici anlar yer alır.

Müqəddəs bayrağı öpüb alnına qoyan hərbçilərimiz bütün torpaqlarımızın azad ediləcəyi barədə Ali Baş Komandana şərəf sözü veriblər:

“Cənab Ali Baş Komandan, biz söz veririk ki, bütün işğal olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq!”