"Türkiyə Dağlıq Qarabağa qoşun göndərəcək"-"Münaqişəyə digər dövlətlərin müdaxiləsi halında"

17:26 09-10-2020 70

Yenixeber.org: Bunu Türkiyə parlamentinin spikeri Mustafa Şəntop deyib.

“Türk hərbçilərinin cəlbi təklifi üçüncü tərəflər BMT qətnamələrinə əməl etməyərək, bu konfliktə cəlb edilməyənə qədər önəmli olmayacaq. Münaqişəyə digər dövlətlərin müdaxiləsi halında Türkiyə Dağlıq Qarabağa qoşun göndərəcək."”, – deyə o bildirib.

M.Şentop eyni zamanda, hələ belə bir ehtiyac olmadığını vurğulayıb: "Son bir neçə gündə Azərbaycan silahlı qüvvələri qələbəni təkbaşına əldə etməyə qadir olduqlarını bütün dünyaya göstərdi".

Türkiyə Böyük Millət Məclisi Qarabağ konflikti fonunda Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsi məsələsinə baxa bilər, amma buna hələlik ehtiyac yoxdur.