İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi”

17:44 09-10-2020 80

"Azərbaycan orrdusunun işğaldan azad etdiyi yaşayış məntəqələri münasibətilə xalqımızı təbrik edirəm”.

Bu barədə ölkə başçısı İlham Əliyev AZTV telekanalında xalqa müraciəti zamanı məlumat verib.

Prezident İlham Əliyev işğaldan azad edilən kəndlərin adlarını sadalayıb:

“Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzdək, Gorazilli, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbədir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirir.

Əməliyyat planları müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu döyüş hazırlığı baxımından döyüş meydanında tam üstünlüyə malikdir”.