Bakı Şəhər İcra Hakimiyyəti "Stone Construction" QSC-yə 6,7 milyon ödəyəcək

18:05 10-10-2020 75

Bakı Şəhər İcra Hakimiyyəti tenderin qalibini açıqlayıb. 

FED.az xəbər verir ki, İcra Hakimiyyəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin körpələr evi-uşaq bağçası, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri üçün əyani vəsaitlərin, mətbəx ləvazimatları və digər malların satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "Stone Construction" QSC olmuşdur 

Bakı Şəhər İcra Hakimiyyəti qalib şirkətə  6,7 milyon manat ödəyəcək.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti üç tenderin qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC olduğunu açıqlayıb. 

1.Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq evləri İdarəsinin Körpələr Evi Uşaq Bağçaları, Uşaq Bağçaları xüsusi uşaq Bağçaları və Uşaq evlərində mebel və avadanlıqların satınalınamsı

2.Məktəbəqədər Təhsil Müəssisələri Uşaq Evləri İdarəsinin körpələr evi-uşaq bağçaları, uşaq bağçaları üçün yanğınsöndürən balonların doldurulması və tədbir üçün müxtəlif növ kostyumların satınalınması

3.Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq evləri İdarəsinin Körpələr Evi Uşaq Bağçaları, Uşaq Bağçaları xüsusi uşaq Bağçaları və Uşaq evlərində maşın və avadanlıqların alınması tenderlərində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Hər üç tenderin qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC olmuşdur 

Bakı Şəhər İcra Hakimiyyəti qalib şirkətə ümumilikdə 4,3 milyon manat ödəyəcək