Azərsu ASC-nin keçirdiyi 1,6 milyon manatlıq tenderi "İZOLBETON" MMC udub

18:06 10-10-2020 80

Azərsu ASC tenderin qalibini açıqlayıb. 

FED.az xəbər verir ki, Azərsu regionlarda istismarda olan modul tipli sutəmizləyici qurğuların fasiləsiz istismarını təmin etmək üçün mal-materialların satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "İZOLBETON" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.

Azərsu müqaviləyə əsasən "İZOLBETON" MMC 1 milyon  605 min 195 manat ödəyəcək.