"Lifttəmir" İstehsalat Birliyinin keçirdiyi tenderi 40 AZN nizamnamə kapitalı olan "AGL” MMC qazanıb

21:53 10-10-2020 80

"Lifttəmir" İstehsalat Birliyi tenderinin qalibini açıqlayıb. FED.az xəbər verir ki, Lifttəmirin keçirdiyi tenderi, 40 AZN nizamnamə kapitalına malik olan "AGL” Məhdud Məsuliyyətli Cəmiyyəti  qazanıb.

"Lifttəmir" İstehsalat Birliyi Bakı şəhərinə quru yol ilə yüklərin daşınması xidmətlərinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün broker xidmətlərinin satınalınması üçün "AGL" MMC-Ə  1 milyon 697 min 950 manat ödəyəcək.

Qeyd edek ki, "AGL” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 yanvar 2007-ci ildə 40 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin qanuni tamsilçisi Əli Səmədov Bəhram oğludur