Yol polisi 2000 ədəd polis çubuğuna 92 min manat ödəyəcək

21:55 10-10-2020 110

Azərbaycanın yol polisi 2 min ədəd yeni polis çubuğu (hərəkəti tənzimləmək üçün istifadə olunan əşya) alır. FED.az-ın məlumatına görə, Baş Yol Polisi İdarəsi yol polisi üçün çubuqların alınması üzrə tenderə yekun vurulub. Baş idarənin tenderini «Yol Nişan» MMC qazanıb.

Qeyd edək ki, yol polisi sonuncu dəfə belə çubuqları 2018-ci ildə almışdı.  Satınalmalar portalının məlumatına görə, «Yol Nişan» MMC jezllərin alınması üçün 92 min manatlıq təklif verərək tenderdə qalıb gəlib. Bu hesabla jezllərin hər biri yol polisinə 46 manata başa gəlib.