Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 230 yeni yoluxma

22:34 11-10-2020 75

Azərbaycanda koronavirusa (COVID-19) 230 yeni yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Aktiv xəstə sayı 2016 nəfərdir.

Ölkədə son sutka ərzində 7064, hazırkı dövrədək isə 1176720 test aparılıb.