Türkiyə və Rusiya Müdafiə nazirləri Dağlıq Qarabağ məsələsini müzakirə etdilər

18:25 12-10-2020 95

Türkiyə Milli Müdafiə naziri (TCMSB) Hülusi Akarla Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Bu barədə TCMSB-nın rəsmi saytında qeyd edilir.

Danışıqlar zamanı müdafiə və təhlükəsizlik məsələləri, Ermənistanın Azərbaycana hücumu müzakirə edilib.

Qeyd olunub ki, türkiyəli nazir Ermənistanın atəşkəs rejimini pozaraq mülki yaşayış məntəqələrinə hücumlarına son qoyması və işğal etdikləri torpaqlardan çıxarılmasının vacibliyini, Azərbaycanın daha 30 il həll yolu gözləyə bilməyəcəyini, Türkiyənin Azərbaycanın öz torpaqlarını geri qaytarmaq uğrunda başlatdığı hərəkatda yanında olduğunu bildirib.