Pakistana məktub: İrəvan bu raketdən istifadə edib

18:49 12-10-2020 115

Dost və qardaş Pakistan İslam Respublikasının Milli Assambleyasında və Senatda fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qruplarına Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupunu adından atəşkəsin elan edilməsinə baxmayaraq 11 oktyabr tarixində Gəncə şəhərinin mülki əhalisinin Ermənistan tərəfindən xaincəsinə “Toçka-U” ballistik raketinin hücumuna məruz qalması barədə məktub ünvanlanıb.

Xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayeva qeyd edib.

“Məktubda erməni terroru nəticəsində 9 mülki şəxsin dünyasının dəyişdiyi, 30-dan çox şəxsin yaralandığı diqqətə çatdırılıb. Həmçinin Pakistan tərəfindən erməni vəhşiliyinin qınanılması və bu aqressiyaya müvafiq qiymətin verilməsi üçün çağırış edilib”, - məktubda bildirilib.