Azərbaycan Ordusu tezliklə tarixi ədaləti bərpa edəcək - Ali Baş Komandana MÜRACİƏTLƏR

21:23 13-10-2020 145

Azərbaycanlılar və xarici vətandaşlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə Azərbaycan ordusunun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlara tam dəstək ifadə olunur.

Dünyanın müxtəlif ölkələrindən yazılan müraciətlərdə işğalçı Ermənistana qarşı həyata keçirdiyi ədalət müharibəsində xalq Prezident İlham Əliyevi dəstəkləyir.

Müraciət müəllifləri bildirir ki, Prezidentin rəhbərliyi altında tezliklə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və Vətənimizin ərazi bütövlüyü təmin olunacaq. 

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrindən, həmçinin həmyerlilərimizin xarici ölkələrdən daxil olan məktublarında qələbə xəbərlərinin məhz Ali Baş Komandanın dilindən söylənməsinin xalq arasında qələbə əzmini qüvvətləndirdiyi və ruh yüksəkliyi yaratdığı vurğulanır.

Azərbaycan xalqı əminliklə bildirir ki, Qarabağ torpaqlarının şanlı Azərbaycan Ordusu tərəfindən ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında azad edilməsi xalqımızın öz rəhbərinə olan inam və etimadını yeni əlçaltmaz yüksəkliklərə ucaldıb.