Dövlət Bahçelidən terrorçu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumuna reaksiya

20:58 13-10-2020 100

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Bahçeli Ermənistanın Azərbaycandakı mülki şəxslərə qarşı terrorçu hücumlarına münasibət bildirib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə o, Türkiyə parlamentində çıxışı zamanı deyib:

“Terrorçu dövlət işğal altındakı əraziləri Azərbaycana təhvil vermədən, Dağlıq Qarabağdan geri çəkilmədən əvvəl silahı yerə qoymaq, masalarda həll yolları axtarmaq cinayətlərin, rüsvayçılığın və amansızlığın leqallaşdırılması deməkdir”.