Şahdağ Turizm Mərkəzi tenderlərin qaliblərinə 126 min 23 manat ödəyəcək

21:19 13-10-2020 95

Şahdağ Turizm Mərkəzi tenderlərin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, Şahdağ Turizm Mərkəzi Jenbacher markalı qaz generatorları üçün mühərrik yağı, Wilo markalı nasoslar və genişlənmə çənləri üçün ehtiyat hissələrinin satın alınması, Wilo markalı nasoslara, genişlənmə çənlərinə illik texniki baxışın keçirilməsi və təmir işlərinin satın alınması, Alət və avadanlıqlar tenderlərində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Qaliblər və qaliblərə ödəniləcək məbləğ müvafiq olaraq aşağıdakı kimidir.

1. "LUBRİSTAR LLC" MMC - 27 min 753 manat

2. "TERMOTEC" MMC - 63 min 590 manat

3. "TERMOTEC" MMC - 34 min 680 manat

4."KASKAD SUPPLYİNG" MMC - 20 min 703 manat

Ümumilikdə Şahdağ Turizm Mərkəzi tenderlərin qaliblərinə 126 min 23 manat ödəyəcək.