Nizami rayonunda dələduz peyda olub - "“Orbita” MTK işi" barədə İLGİNC FAKTLAR

22:52 13-10-2020 105

"Bakı şəhərinin baş planına əsasən paytaxtımızın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub”. Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.

Daha sonra məqalədə bildirilir: “Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 Apreli 2014-cü il tarixli 161 saylı saylı sərəncamı ilə Bakı şəhər Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə torpaq sahəsi “Orbita” MTK-nın istifadəsinə verilib.

Bu günə kimi “Orbita” MTK həmin ərazidə 5 ədəd çoxmərtəbəli çoxmənzilli yaşayış binası tikib həmin ərazidə yaşamı sakinlərin istifadəsinə verib. Tikinti işləri aparılarkən şəhərsalma və arxitektura qaydalara, bu sahədə normativ aktların tələblərinə və tikintiyə nəzarət edən bütün dövlət orqanlarının göstərişlərinə dəqiq əməl olunur, ekoloji tarazlığın pozulması hallarına, qanunsuz ağac kəsilməsinə yol verilməyib, sakinlərin rahatlığına, ərazidə sanitar epodimoloji vəziyyətin qorunmasına, sakinlərin təhlükəsizliyinə əməl olunur.

Şirinov Allahverən Kamil oğlunun da qeyd edilən ərazidə lerləşən 7 saylı 12 mənzilli binada 3 otaqlı ümumi sahəsi 64,2 kv.m. sahəsi olan 4.5 saylı mənzili var.

Bundan başqa Şirinov Allahverən Bakı Şəhər İcra Hakimiyyətinin 15 Apreli 2014-cü il tarixli 161 saylı saylı sərəncamı ilə ərazi “Orbita” MTK-ya verildikdən 3 ay sonra sonra, 19 İyun 2014-cü il tarixdə yüksək vəzifədə işləmiş yaxın qohumunun əlaqələrindən və nüfuzundan istifadə edərək qanunsuz yollarla binanın planında dəyişikliklər etmiş, ikiotaqlı mənzili üçotaqlı mənzilə çevirmiş 320,2 kv.m. sahəni qanunsuz əsaslarla öz adına rəsmiləşdirdirmiş və orada qanunsuz yardımçı sahə quraşdırmışdır.

Halbuki həmin binada Şirinov Allahverənə məxsus hər birinin sahəsi 43,2kv.m. təşkil edən iki ədəd 4 və 5 saylı mənzillər mövcud olub. Həmin binanın planında yalnız ikiotaqlı mənzilər mövcud olub.

Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi 7 ünvanda yerləşən on iki mənzilli yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir, o, hər an uça və bədbəxt hadisələr törədə bilər. Bu barədə 16 Fevral 2016-cı il tarixli akt tərtib edilib.

Binanın 8 sakini ilə qəzalı vəziyyətdə olan evdən köçrülmələri və əvəzində yeni tikilən binada daha çox sahəsi olan təmirli mənzillər tikilib təhvil verilməsi, məmzillər tikilib təhvil verilənədək hər ay kirayə haqlarının ödənilməsi barədə razılığa gəlinib.

“Orbita” MTK Şirinov Allahverənə də 64.2 kv.m sahəsi olan üçotaqlı mənzilinin və qanunsuz quraşdırılmış və sənədləşdirilmiş 320.2 kv.m. yardımçı sahəsinin əvəzinə həmin ünvanda yeni tikilən binada iki ədəd 74,51 kv.m. sahəsi olan ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib.

Şirinov Allahverən isə əsassız varlanmaq məqsədilə həmin yaşayış sahəsinin əvəzinə ümumi sahəsi 420 kv.m. təşkil edən yaşayış sahəsi tələb edir. O, tikinti işlərinin başlanmasına mane olur, müxtəlif internet saytlarına və dövlət qurumlarına etdiyi müraciətdə “Orbita” MTK-nın guya göstərilən ünvanda sakinlərin hüquqlarını pozması, qanunsuz ağacları kəsməsi barədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar verir. Qeyd edilən müraciəti yalnız onun özü və ailə üzvləri, habelə onun kimi əsassız varlanmaq fikrinə düşmüş qonşusu Namazov Etibar və onun ailə üzvləri imzalayıb.

Buna görə də Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 161 saylı sərəncamın icrası və tikinti işlərinə başlanması mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün “Orbita” MTK ilə müqavilələr bağlamış ailələrin haqlı etiraz və narazılığına səbəb olub.

Şirinov Allahverənin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün məhkəmədə iddia qaldırılıb”.

Şirinov Allahverənlə bağlı ilginc faktlar əldə etmişik ki, bu barədə növbəti yazımızda qeyd edəcəyik. Çox məşhur simalardan birinin qardaşı olan Şirinov Allahverən təkcə bu ünvanda yox, bir çox yerlərdə də anoloji əməlləri ilə məşhurdur. Bu barədə növbəti yazımızda.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Mənbə dia.az