Qarabağ savaşı, yoxsa qaydasız döyüş!

18:44 14-10-2020 70

2016-cı ilin aprel döyüşləri yəqin ki, çoxlarının yadındadır. Mən o vaxt 02 apreldəŞəmkirdə idim və Ordumuzun zəfər yürüşü haqqında eşidəndə çox sevindim.Mənə elə gəldi ki, artıq Qarabağı geri qaytarırıq. Elə ona görə də ruh yükskliyi iləaşağıdakı şeiri yazdım:

 Gözün aydın olsun ay el, ay oba,
Zəfər nəğməsini çalır ordumuz!
Doğma Qarabağı, doğma yerləri,
Bircə həmləsiylə alır ordumuz!

 Düşmən indi bildi torpaq kimindi,
Ordunun gücünə hamı əmindi,
İndi şəhidlərin ruhu sevindi,
Daim ürəklərdə qalır ordumuz!

 Kədər də, qüssə də bizdən gendədi,
Qaçaq düşən düşmən gör nə gündədi?
Gözəl günlərimiz hələ öndədi,
Düşmənə vəlvələ salır ordumuz!

 Nə qədər gözlədik bu əziz günü,
Nə qədər gözlədik bu toy-düyünü,
Haqqı var ordumun bu gün öyünür,
Düşmən səngərinə dolur ordumuz!

 İgidlər düşmənin dizini bükür,
Yağının başına od, alov tökür,
İlahi, ədlinə min kərə şükür,
Feyruz, torpaqları alır ordumuz!
Qələbə himnini çalır ordumuz!


  Çox təəssüf ki, bu döyüşlər cəmi dörd gün çəkdi və biz Lələ təpəni, CocuqMərcanlını aldıq. Düşmən bizi buna atəşkəsi pozmaqla vadar etmişdi. Əslində,biz öz torpaqlarımızda vuruşur və həmin torpaqları işğaldan azad etmək istəyirik.Maraqlıdır, həm bizim torpaqları zəbt ediblər, həm də oradan çıxmaq istəmirlər.Beynəlxalq ictimaiyyətin susması,  BMT-nin qətnamələrinin kağız üzərindəqalması, sanki düşmənin əl-qolunu açıb.

Tərtər, Goranboy, Beyləqan... adları çəkilən coğrafi ərazilərimizin heç biri döyüşbölgəsinə aid deyil. Deməli, qaydasız müharibə gedir. Oktyabrın 11-də yalançıhumanitar atəşkəs elan olundu. Bundan sui- istifadə edən düşmən Gəncənibombardman etdi. Cəbhə bölgəsinə heç bir aidiyyatı olmayan ərazidə dincinsanlar öldü, yaralandı, xeyli sayda yaşayış evləri darmadağın edildi. Ancaq mənyuxarıda da qeyd etdiyim kimi, ermənilər layiqli cavablarını alıblar və bundansonra da alacaqlar. Artıq bir çox ərazilərimizi geri qaytarmışıq. Şanlı Ordumuzdüşmənin çoxlu sayda texnikasını məhv edib, ələ keçirib, canlı qüvvəsini sıradançıxarıb. Bu qaydasız müharibədə düşmən tərəfi təbii ki, öz cavablarını alırlar,döyüş meydanlarından öz hərbi sursatlarını belə atıb qaçırlar.

Dünyanın bir çox aparıcı kanallarına müsahibə verən AzərbaycanRespublikasının Prezidenti, Ali Baş Komandan düşmənə dəfələrlə xəbərdarlıqedib, onlara ərazilərimizdən çıxmaq təklif olunub, əks halda onlar üçün ağırolacağını da xüsusi vurğulayıb. Ancaq onlar bu sözləri qulaqardına vurub, yalaninformasiyalar yaymaqla dünya ictimaiyyətini  çaşdırmağa çalışıblar. Bununlabelə, heç nəyə də nail ola bilməyiblər, əksinə çoxlu sayda itkilərə məruz qalıblar.Ondan-bundan imdad diləyən bu mənfurlar, onlara göstərilən dəstək hesabınabizə müqavimət göstərirlər.

Rus poeziyasının günəşi adlandırılan A.S.Puşkin: "Sən ermənisən, murdarsan"-deyirdi.

Mayakovski: "Ermənilər qorxaq, murdar və dəhşətdir. Analarını da satmağahazırdırlar"-demişdi.

Prezident İ.Əliyev də ermənilərin terrorçu, yalançı və qorxaq olduqlarını,başqalarının dabanlarını yalayaraq yaltaqlıq etdiklərini vurğulayıb.

 Biz isə deyirik:
Ermənisiz, qorxaqsınız,
Başımıza toxmaqsınız?
Siz axmaqdan axmaqsınız,
Qovacağıq biz sizləri!

 Ananızı satansınız,
Xülyalarla yatansınız,
Tək olanda batansınız,
Qovacağıq biz sizləri!

 Yerlər sizin? Haçan, harda?
Gözləriniz ocaqlarda.
Qızlarınız qucaqlarda,
Qovacağıq biz sizləri!

 Hücum edir əsgərimiz,
Top, mərmiyik hər birimiz,
Keçilməzdir səngərimiz,
Qovacağıq biz sizləri!

 Özünə ev, eşik axtar,
Tabut axtar, yeşik axtar,
Siçan kimi deşik axtar,
Qovacağıq biz sizləri!

 Guya ki, od saçırsınız,
Xalqa güllə açırsınız,
Səngərlərdən qaçırsınız,
Qovacağıq biz sizləri!

 Soyacağıq soğan kimi,
Qurd tülkünü boğan kimi,
Ordan iti qovan kimi,
Qovacağıq biz sizləri!

 Bəli, şanlı Ordumuz düşmənə qan uddurur, zəfərlər çalır. Onlar isə dinc əhalinihədəf götürürlər. Bu isə nə insanlığa, nədə ki, müharibə qanunlarına uyğun deyil.Bir sözlə, qaydasız müharibə gedir. Ancaq yağı düşmən Azərbaycan xalqının hərbir vətəndaşının, öz doğma torpaqları uğrunda vuruşan qəhrəman ordumuzunhəmişə yanında olduğunu dərk etməlidir.

Vandalizm, terror və vəhşilikdən yoğrulan erməni xisləti bu müharibədə öz əksinidaha çox tapır. Bizim torpaqlarda etdikləri vəhşiliklər Azərbaycan xaqlının haqlıqəzəbinə səbəb olub.

Türkiyə, Pakistan kimi qüdrətli dövlətlər daim bizim yanımızda olduqlarını bəyanediblər.Onlar bu haqq işimizdə maddi və mənəvi kömək göstərməyə həmişəhazır olduqlarını bildiriblər.

Ermənistan başqa dövlətlərin dəstəyi ilə bizim iyirmi faiz torpaqlarımızı zəbt edib. 1990-cı illərdə bizim hələ formalaşmayan ordumuzun qarşısına rus ordusunuçıxardılar. İndinin özündə də onlar həm maddi, həm canlı qüvvələrlə təmin edilir.Bu qorxaq və yaltaq millət, XVI əsrdə İrəvana gələrək, öz arvadlarını, bacılarını,qız-gəlinlərini azərbaycanlılara sırıyaraq bizim torpaqlarda məskunlaşıblar,əxlaqsızlıq yuvaları açıblar. Rəvanqulu xan bu barədə Şaha məktub da yazıb.

Mən üzümü Ermənistan rəhbərlərinə tutub deyirəm:

 Çox da banlama dağın gəzindən,
Yaltaqlıq oxunur sənin gözündən,
Dağlıq Qarabağı almaq üçün sən,
Öpübsən çoxunun "güngörməz"indən

 Bu gün biz öz torpaqlarımız uğrunda müharibə aparırıq. Artıq bir çox yurdyerlərimizi şanlı ordumuz geri qaytarıb:

 Düşmənlər nə qədər olsa əzrayıl,
Düşmənə qan uddur türk oğlu, sayıl,
Bu gün azad oldu artıq Cəbrayıl,
Vətən igidləri gözləmədi can.
Sənə qurban oldu, ey Azərbaycan!

 Cənab Prezidentimiz bütün çıxışlarında "Qarabağ Azərbaycandır!" ifadəsinitəsdiq edən sözlər deyib. Ona görə də bu gün hər bir Azərbaycan vətəndaşı,əsgəri, ordusu həmin ifadəyə köklənib Qarabağın mənfur düşməndən azadolunacağı günü səbirsizliklə gözləyirlər. Biz ordumuza güvənirik. Onlara deyirik:

 Od ələ başına yağı düşmənin,
Bu doğma vətənə borcundur sənin.
Müsəlləh əsgəri olaq bu elin,
Düşmənin gözünü atəşlə yandır.
Qarabağ Azərbaycandır!

 Ordudan xoş xəbər hər an gözləyən,
Heç zaman bizlərdən üzü dönməyən,
Düşmən tapdağında bu gün inləyən,
Bizim Qarabağdır, bizlərə candır,
Qarabağ Azərbaycandır!

 

Ordumuz zəfərlə gedir irəli,
İgidlər nərəsi dəlir göyləri,
Gözləyir xalqımız xoş xəbərləri,
Qarabağ şöhrətdir, Qarabağ şandır,
Qarabağ Azərbaycandır!

 General Həşimov tez şəhid oldu,
Doldu, anaların gözləri doldu,
Alacaq qisası bu şanlı Ordu,
Qarabağ damarda qaynayan qandır,
Qarabağ həm addır, həm də ki, sandır.
Qarabağ Azərbaycandır!

 Bu gün Azərbaycanda minlərlə erməni yaşayır. Prezidentimiz də bunu xüsusiqeyd etdi. Həmin ermənilərə dəyib-toxunan yoxdur. Ancaq Ermənistandaazərbaycanlı yoxdur.

Bizimkilərin bir qisminin dayısı, xalası, qaynı, qaynatası Ermənistandadır. Butəbidir. Bir vaxtlar onlar bizimlə kirvə, quda olurdular ki, işləri keçsin.

Biz sülh şəraitində yaşamaq istəyirik. Biz qan tökülməsinin əleyhinəyik. Ancaqqanı qanla yumağı da bacarırıq. Biz gəlirik. Öz torpaqlarımıza gəlirik. Bu yoldabizim qarşımızı heç bir qüvvə ala bilməz:

 Keçəl dağ, Dəli dağ, ay Gəlin qaya,
Bizi qarşılayın gəlirik haya.
Sübut edəcəyik bütün dünyaya,
Siz bizim əbədi torpaqlarımız,
Siz bizim əbədi yaylaqlarımız,
Siz bizim əbədi oylaqlarımız...

 Otuz il bizi həsrətlə gözləyən və bizim həsrətində olduğumuz torpaqlara gedənyolumuz açıq olsun! Amin!

 14.10.2020

 Fehruz Hilaloğlu
AYB-nin üzvü, şair-publisist