Şoyqu -Zakir Həsənov və Tonoyanla danışıqlar apardı

22:01 14-10-2020 35
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistanın müdafiə nazirləri Zakir Həsənov və David Tonoyanla telefon danışıqları aparıb.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Şoyqu tərəfləri Moskvada əldə edilmiş öhdəlikləri tam yerinə yetirməyə çağırıb: “Telefon danışığı zamanı Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu həmkarlarını 10 oktyabrda Moskvada əldə edilən razılaşmalara uyğun olaraq öhdəliklərini tam yerinə yetirməyə çağırıb”.