İran artilleriyası Azərbaycan ordusunun mövqelərini atəşə tutub? –Səfirlik açıqlama yaydı

23:00 14-10-2020 65

İran artilleriyasının Azərbaycan ordusunun mövqelərini atəşə tutması barədə KİV-də yayılan məlumatlar həqiqətəuyğun deyil”.

Yenixeber.org: Bu, İranın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib.

Səfirliyin məlumatında daha sonra deyilir: “Yoxladıq, aldığımız məlumatlara əsasən, bu informasiya həqiqətəuyğun deyil. Bu cür məlumatların əsas məqsədi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında artan münasibətləri zəiflətməkdir. Bu məlumatları tamamilə təkzib edirik. İran və Azərbaycan dost və qardaş ölkələrdir və bu dostluq və qardaşlıq əbədi olacaq, heç kim buna mane ola bilməz”.